18 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu gün ölkəmizdə həyatımızın digər sahələri kimi, səhiyyənin də inkişafı istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər görülür, həkim və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoymasına stimul olub. Muxtar respublikamızda da səhiyyənin müasir tələblər əsasında inkişafı təmin edilib. Hər il səhiyyə müəssisələri üçün yeni binalar inşa olunur, tibb ocaqları müasir avadanlıqlarla təchiz edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il noyabrın 18-də imzaladığı “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən muxtar respublikada bir sıra tədbirlər keçirilib, eyni zamanda böyük alim və tibb təşkilatçısının adını daşıyan Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulub. Yenidənqurma işlərindən sonra xəstəxana bu il yanvarın 11-də istifadəyə verilib. 

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan bu səhiyyə ocağında Uşaq cərrahiyyəsi, Pediatriya, Yeni­doğulmuşlar üçün pediatriya, Nevroloji, Reanimasiya və intensiv terapiya, Poliklinika, Stomatoloji və Mərkəzləşmiş laboratoriya şöbələri fəaliyyət göstərir. Şöbələrin hər birində müasir şərait yaradılıb, fizioterapiya, laboratoriya, əməliyyat, kardiorevmatoloq və loqoped otaqlarında, stomatoloji kabinələrdə və palatalarda müasir tibbi avadanlıqlar quraşdırılıb. Binada müasir sterilizasiya otağı, tibb təhsili alan tələbələr üçün 4 auditoriya, eləcə də iclas zalı və yeməkxana istifadəyə verilib. Burada, həmçinin internet şəbəkəsi də qurulub.
Xəstəxananın baş həkimi, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəhim Rəhimovla söhbətimiz zamanı dedi ki, 50 çarpayılıq xəstəxanada çalışan tibbi personal gün ərzində onlarla uşağın müayinə və müalicəsini aparır. Bu səhiyyə ocağında muxtar respublikanın ­kiçikyaşlı sakinlərinə keyfiyyətli tibbi xidmətin göstərilməsi, müxtəlif xəstəliklərin müalicəsi üçün hərtərəfli şəraitin yaradılması onların muxtar respublikadan kənarda müalicə olunmaları zərurətini aradan qaldırıb.
Hər ilin yaz və payız aylarında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tərtib etdiyi qrafik əsasında xəstəxananın həkim briqadası bağça və məktəblərdə, eləcə də ucqar dağ və sərhəd kəndlərində müayinələr həyata keçirir, uşaqlar cərrah, pediatr, LOR, stomatoloq, nevropatoloq, oftalmoloq, endo­krinoloq, ortoped müayinəsindən keçirlər. Məqsəd isə uşaqlarda baş verə biləcək patologiyaları vaxtında aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. Daha sonra uşaqlar dispanser qeydiyyatına götürülür, müayinə və müalicəyə cəlb olunurlar. Müayinə zamanı sağlamlığında hər hansı problem aşkar edilən uşaq dərhal xəstəxanaya gətirilir. Cari ilin ilk üç ayı ərzində xəstəxanada 19 min 507 uşaq ambulator, 192-si isə stasionar müalicə olunub.
Səhiyyə müəssisəsinin əsas vəzifələrindən biri də yoluxucu xəstə­liklərin qarşısını almaq üçün qoruyucu profilaktik peyvəndlərin vaxtında aparılmasını təşkil etməkdir. Peyvəndləmə prosesinin xəstəxana tərəfindən yüksək səviyyədə təşkili uşaqların sağlam böyüməsi məqsədi daşıyır. Baş həkim onu da xüsusi vurğuladı ki, bəzi valideynlər peyvənd haqqında tam məlumatlı olmadığından ondan ehtiyat edir, uşaqlarını bu tibbi prosedurdan uzaq tutmağa çalışırlar. Bu səbəbdən də sahə tibb bacıları tərəfindən valideynlər arasında maarifləndirici tədbirlər aparılır, peyvəndlərin vacibliyi onlara izah olunur. Bu il 4010 uşaqda peyvəndləmə aparılıb.
Baş həkim deyir ki, xəstəxanada uşaqlar üçün elektron sağlamlıq kartlarının açılması işi də uğurla aparılır. Bu kartlarda uşaqların bütün inkişaf göstəriciləri, onlara vurulan peyvəndlər və digər məlumatlar yer alır. Muxtar respublikadan dünyanın müxtəlif yerlərinə səyahət edən valideynlər uşağın səhhətində problemlər yaranacağı təqdirdə bu kartı istənilən səhiyyə ocağına təqdim edə və beləliklə də, müayinə və müalicənin düzgün aparılmasına nail ola bilərlər. Baş həkimin sözlərinə görə, bu günə qədər Naxçıvan şəhərində 21 mindən artıq uşağa sağlamlıq kartı verilib. 2018-ci ilin ilk üç ayı ərzində 151 elektron sağlamlıq kartı verilib, 230 belə kart isə sifariş edilib.
Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi uşaqlar icbari dispanserizasiyaya cəlb ediliblər, – deyən Rəhim Rəhimov onu da qeyd etdi ki, bu gün muxtar respublikanın səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb işçiləri xarici ölkələrdə təkmilləşdirmə kurslarına göndərilirlər. Uşaq xəstəxanasının da həkimləri mütəmadi olaraq xarici ölkələrdə və Bakı şəhərində təkmilləşdirmə kurslarında iştirak edirlər. Tibb bacıları, həmçinin Naxçıvan şəhərinin bu və ya digər xəstə­xanalarında təcrübə də keçirlər. Onlar 2017-ci il tibb bacıları sertifikasiya imtahanını müvəffəqiyyətlə başa vurublar.
Xəstəxanaya gəlmişkən bu səhiyyə ocağında fəaliyyət göstərən şöbələrin işi ilə tanış olmaq, həkimlərlə söhbətləşmək istədik. Bizi İlkay həkim müşayiət etdi.
İlk olaraq Cərrahiyyə şöbəsinə üz tuturuq. Burada ağır və yüngül əməliyyatların aparılması üçün 2 əməliyyat bloku, sarğı otaqları fəaliyyət göstərir. Şöbə yeni tibbi avadanlıqlarla təmin olunub.
Reanimasiya şöbəsi də funksional çarpayılar, çarpayıbaşı monitorlar və digər avadanlıqlarla təchiz edilib. Şöbənin nəzdində laboratoriya da var. Burada ağır vəziyyətdə olan xəstələr yerləşdirilir. Xəstələrdən birinin valideyni Qəzənfər Həsənov dedi ki, qızını yüksək qızdırma ilə buraya gətirib. Həkim Cabir Hə­sənovun sözlərinə görə, xəstə ağciyərin sağ payının iltihabından əziyyət çəkdiyindən onda boğulma, yüksək bədən temperaturu müşahidə olunurdu. Belə xəstələrə vaxtında tibbi müdaxilə edilməzsə, ölüm hadisəsi də baş verə bilər.
Nevrologiya şöbəsinin baş tibb bacısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi Könül Səfərova bildirdi ki, bu şöbədə müxtəlif nevroloji problemləri olan, habelə doğuşda travma alan, serebral iflic xəstələr müayinə olunurlar.
Loqoped Aynur Vəliyevanın sözlərinə görə, 2 yaşdan 6-7 yaşa qədər olan xəstələri var. Onların hərəsi müxtəlif narahatlıqdan ya nitq qüsuru, ya da diqqət dağınıqlığı səbəbi ilə bizə üz tutublar. Hətta autizm sindromlu xəstələrimiz də var. Hər bir xəstəyə fərdi yanaşılır və istər diqqət oyunları, istərsə də xüsusi masajlar və digər üsullarla sağlamlıq problemlərini aradan qaldırmağa çalışırıq.
Valideyn Səfər Məmmədov: – Qızımın nitqində ləngimə halları müşahidə olunurdu. Buradakı loqopedə müraciət etməyi məsləhət gördülər. Ötən il dekabr ayından övladımı Aynur xanımın müayinələrinə gətiririk. Qısa zaman ərzində onun nitqində müsbət yöndə dəyişikliklər var.
Peyvənd həkimi, həkim-immunoloq Pərzad Fərzəliyeva: – Peyvənd infeksiyaya qarşı immunitet yaratmaqda uşaq orqanizminə kömək edir. Nəticədə, uşaq infeksiyaların əksəriyyətindən müdafiə olunur. Bu baxımdan da o, uşaqlar üçün vacibdir. 2 aylıqdan 6 yaşına kimi peyvənd işini davam etdiririk. Peyvəndlər göyöskürək, tetanus, hepatit B, qızılca, difteriya, vərəm, parolit və məxmərəyə qarşı vurulur.
Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında hərtərəfli şərait sakinlərin bu səhiyyə müəssisəsindən hərtərəfli yararlanmasına imkan verir. Düzdür, heç kim xəstəxanaya düşmək, həkimə müraciət etmək arzusunda olmur. Ancaq özümüzün sağlamlı­ğımıza qarşı bəzən biganəlik göstərməyimiz, bizdən asılı olmayan səbəblər həkim köməyinə ehtiyac yaradır.
Adıçəkilən səhiyyə ocağının müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün ağxalatlı peşə sahibləri insan sağlamlığı kimi mühüm və xeyirxah bir missiyanı uğurla həyata keçirirlər.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3032848
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5027
5053
10080
84179
3032848

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter