25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. O, səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılmasının, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsinin, infrastrukturun yenidən qurulmasının digər sahələr kimi, endokrinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaratdığını bildirib.
Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən “Bakı” klinikasının endokrinoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Rauf Cabbarovun “Qalxanabənzər vəzinin autoimmun xəstəlikləri”, Bakı şəhərindəki Mərkəzi Dənizçilər Xəstə­xanası Endokrinoloji xəstəliklər şöbəsinin müdiri Nazim Rüstəmovun “Prediabet xəstə­lərinin idarə olunması”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Naxçıvan Muxtar Respublikasında şəkərli diabet xəstəliyinin epidemiologiyası” mövzularında məruzələri dinlənilib.
Mütəxəssislər şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər. Bildirilib ki, ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən bu xroniki xəstəliyin yüksək artımı, eyni zamanda tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlər də ortaya çıxarır.

Son illər muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Hazırda muxtar respublikada şəkərli diabet xəstələrinə şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.
Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə artıq beş ildən çoxdur ki, diabet məktəblərinin ­təlim, məşğələ və treninqləri təşkil olunur.
Konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062526
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1132
4327
5459
113857
3062526

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter