24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda iyun ayında infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş uşaqların 343 nəfəri idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, ­poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb.Yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.

Gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji müəssisələrdə, oyun zallarında sanitar-gigiyenik qaydalara əməl olunması, işlədilən alətlərin sterilizasiya edilməsi, obliqat qrup kimi işçilərin tibbi müayinələrdən keçmələri diqqətdə saxlanılıb.
Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda dezinfeksiya və ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.

Uşaq və yeniyetmə müəssisələrində maarifləndirici və dezinfeksiya tədbirləri aparılıb, eyni zamanda kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.
İyun ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 94 su, 19 yuyuntu və 1140 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 265, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 157, kommunal sahələr üzrə 67, sürücülük üzrə 2 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin qidalanma gigiyenası laboratoriyasında 1 nümunədə 3 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun norma daxilində olduğu, həmçinin dəmir preparatı ilə unun zənginləşdirilməsinə görə 1 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu aşkar edilib.
Kommunal gigiyena laboratoriyasında 80 nümunədə 16 müayinə, toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarını təyini laboratoriyasında 9 nümunədə 16 müayinə aparılıb.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3059827
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2760
4261
2760
111158
3059827

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter