23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iclas keçirilib.
İclasda tibb müəssisələrindəki ­həkim-məsləhət komissiyalarının fəaliyyətinin və tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib. İclasda səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək xəstəliyə görə əlillik qrupu pensiyalarının və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılmasını ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirib, bu sahədə görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əlilliyin müəyyən edilməsi ilə əlaqədar yaradılmış komissiyanın sədri Süleyman Cəfərov ötən 6 ay ərzində daxil olan müraciətlər, ekspertizadan keçən xəstələr, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Samir Seyidov, nazirliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının sədr əvəzi Şəhla Əhmədova çıxış edərək bildiriblər ki, hazırda əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları müvafiq hüquqi baza ilə müəyyənləşdirilir və əlillik vətəndaşın xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Xəstə səhiyyə müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir və həmin komissiya tərəfindən xəstəyə müvafiq formada göndəriş verildiyi halda, o, ətraflı müayinə olunur. Xəstəyə vəziyyətə uyğun olaraq əlillik dərəcəsi (I, II, III qrup) müəyyən edilməklə əmək zəmanəti verilir. Bu zaman vətəndaşın əmək qabiliyyətli olub-olmamasına dair məlumatlar (işi, ixtisası, peşəsi) nəzərə alınır.
Tədbirdə ötən yarımildə tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik üçün 534 nəfərin sənədlərinin göndərildiyi, onların əksəriyyətinə müxtəlif qruplar üzrə əlillik dərəcələri müəyyən edildiyi bildirilib. Qeyd olunub ki, əvvəlki illərlə müqayisədə cari ilin ötən yarımilində tibbi-sosial ekspert komissiyasına göndərişlərdə tibbi sənədləşmə işi xeyli yaxşılaşıb. Göndərişlərdə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına, xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistikası təsnifatına və əlilliyin meyar kodlarına istinad olunur. Diaqnozların dürüstlüyü, əsas xəstəlik, ağırlaşma və yanaşı xəstəliklər, onların təsdiqi öz əksini tapır. Bununla yanaşı, oftalmoloji, LOR və sinir sistemi xəstəlikləri üzrə göndərişlərdə bir sıra çatışmazlıqlar da mövcuddur. Ötən yarımildə geri qaytarılan 14 göndəriş də məhz həmin profillər üzrə olduğundan bu sahədə hər iki nazirliyin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə həkim-məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyasına göndərişlərin təlimata uyğun həyata keçirilməsi, hiperdiaqnostika, əsaslandırılmamış göndərişlərin yazılmasına yol verilməməsi, imtiyazlı əlillərin nəqliyyat vasitələri ilə təmin olunmasında tam şəffaflığın yaradılması barədə müvafiq tapşırıqlar verilib.
Sonda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054489
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1683
3998
31721
105820
3054489

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter