19 Noyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri Türkiyə Cümhuriyyətinin müxtəlif universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qardaş ölkənin ali məktəblərində yay istehsalat təcrübəsi keçiblər.
Türkiyənin Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım, Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarındakı təcrübədə, ümumilikdə, 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Tələbələr Cərrahiyyə, Pediat­riya, Təcili Tibbi Yardım, Ginekologiya və Terapiya şöbələrində qrafik üzrə praktik məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin Oftalmologiya, Qulaq-burun-boğaz, Dermatologiya ixtisasları üzrə rezident-həkimlər müayinə-müalicə proseslərində öz bilik və bacarıqlarını artırıblar. Tələbələr həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər. Rezidentlər isə Kardiologiya ixtisası üzrə sərbəst xəstə müayinəsi aparıblar.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Qaradəniz Texnik Universiteti ilə bağladığı müqaviləyə əsasən tələbələr bu il ilk dəfə olaraq Trabzon şəhərində də təcrübə kursu keçiblər. Universitetlərarası razılaşmaya əsasən həmin universitetin Tibb, Əczaçılıq və Stomatologiya fakültələrinin professor-müəllim heyəti növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində dərs deyəcək.
Tələbələr təcrübə dövründə müxtəlif şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı da əldə ediblər. Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələr Ərzincan valisi və Ərzincanın Sağlıq Müdiri ilə görüşüb. Onların keçdikləri istehsalat təcrübəsi Ərzincanın “Gündem 24” rəsmi qəzetində və televiziyasında işıqlandırılıb.
Məlumat üçün onu da bildirək ki, universitetin Baytarlıq ixtisasının tələbələri də hazırda Qars Qafqaz Universitetində təcrübə keçirlər.
Şübhəsiz ki, universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasına, yüksək­ixtisaslı kadr kimi formalaşmalarına, muxtar respublikada professional tibbi kadr hazırlığına öz töhfəsini verəcək.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3289895
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1663
3080
1663
74541
3289895

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter