16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yay fəsli uşaqlar arasında bəzi mövsümi xəstəliklərin yayılması dövrü hesab edilir. Xüsusən bəzi çimərliklərdə çimmək, Günəş şüaları altında uzun müddət qalmaq, qidalanma rejiminə riayət etməmək uşaqların bədən bioritmini pozur. Nəticədə, mövsümi xəstəliklərə yoluxma halları baş verir. Bəs övladlarımızı bu xəstəliklərdən necə qoruya bilərik? Bu barədə Yoluxucu Xəstəliklər Mərkəzinin Uşaq şöbəsinin müdiri, həkim-pediatr infeksionist Abbas Əliyevlə həmsöhbət olduq. 

Yay mövsümündə uşaqların sağlamlığına nəzarətin daha da artırılmasını vacib sayan həkim qeyd etdi ki, uşaqlar çimərliyə gedərkən valideyn nəzarəti altında olmalı, valideyn onun neçə saat suda və qumda qalmasına diqqət yetirməlidir. Bu fəsildə uşaqlar arasında allergiya, mədə-bağırsaq pozuntuları və günvurma ilə bağlı xəstəliklərə daha çox rast gəlinir.
Həkimin sözlərinə görə, digər aylara nisbətən yay aylarında mədə-bağırsaq xəstəliklərinin aktivləşməsinə daha çox təsadüf olunur. Buna səbəb isə yayda ərzaqların daha tez xarab olması, qarışıq qidaların qəbulunun uşaq orqanizmində bakteriyaların çoxalması və inkişafı üçün münbit şərait yaratmasıdır. Mikroblu qidaların və başda su olmaqla, digər içkilərin ağız yolu ilə qəbulu ürəkbulanma, qusma, ishal, yüksək hərarət və dehidratasiya (su itkisi) ilə müşahidə oluna bilən qida zəhərlənməsi və qastroenterit kimi sağlamlıqla bağlı əsas narahatlıqların ortaya çıxmasına səbəb ola bilər.

Kəskin bağırsaq infeksiyaları simptomlarından danışan Abbas həkim bildirdi ki, xəstəlik əzginlik, anoreksiya, hipertermiya, ishal, ağır hallarda infeksion toksikoz sindromu ilə müşahidə olunur. Xəstəliyin ağırlıq dərəcəsi uşağın yaşından, müxtəlif yanaşı patologiyalardan (diatezlər, hipotrofiya) və infeksiyanın etioloji amilindən asılıdır. Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsi zamanı gözlənilməli əsas prinsiplər düzgün pəhriz, fermentoterapiya və simptomatik müalicənin kombinasiyasıdır.
Müalicəvi pəhriz bağırsaq peristaltikasının və həzmin normallaşması, müsbət kliniki dinamikanın əldə olunmasında mühüm rol oynayır. Sıyıqlar yalnız suda hazırlanır, təkcə bişmiş halda alma yeyilir, kəsmikdən başqa digər süd məhsulları qida rasionundan çıxarılır, uşağa süd qarışıqları əvəzinə müalicəvi hidrolizə olunmuş qarışıqlar məsləhət görülür. Çoxlu miqdarda maye qəbulu susuzlaşmanın kəskinləşməsinin qarşısını alır. Ona görə də duz məhlulları ağır hallarda infusion məhlulların təyin olunması orqanizmdə pozulmuş maye balansını, maddələr mübadiləsini bərpa edir, baş verən ağırlaşmaların qarşısını alır.
Həkimin sözlərinə görə, bağırsaq infeksiyaları və diareyaların profilaktikası üçün sanitar-gigiyena qaydalarına ciddi riayət edilməlidir. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəb­yaşlı uşaqlara şəxsi gigiyena qaydalarının öyrədilməsi zəruridir. Onlarda orqanizm həssas olduğu üçün müxtəlif meyvələrin həddən artıq qəbulu və sərinləşdirici içkilərin aramsız olaraq içilməsi müxtəlif problemlərə səbəb olur. Buna görə də qidaları sərin vəziyyətdə saxlamaq və Günəş şüalarından qorumaq məsləhətdir. Yeməklərin və içkilərin hazırlanma, əlverişli şərtlərdə saxlanma və servis mərhələlərində əsas gigiyena qaydalarına diqqət edilməsi, yuxarıda qeyd olunan riskli qidaların qəbulunun azaldılması, açıq havada satılan qidalardan istifadə edilməməsi, durğun halda olan su mənbələrindən su içilməməsi də infeksiyalardan qorunmaqda effektiv yollardandır.
Ağartı məhsulları mədə-bağırsaq sisteminin öz funksiyasını bərpa etməsində xüsusi əhəmiyyətə malikdir. Ona görə bu tip qidaların qəbuluna yay aylarında daha çox yer vermək lazımdır. Əsasən də yağlı yeməklərin qəbulundan sonra ağartı məhsulları mədəyə yüngüllük gətirir ki, bu da həzmin yaxşılaşmasına səbəb olur. Amma gigiyena qaydalarına əməl edilmədən hazırlanan süd və süd məhsulları, kremli və yumurtalı qidalar, vakkuumlu paketi açıldıqdan sonra qısa müddətdə yeyilib bitirilməyən salyami, sosiska, sucuq, pendir kimi qidalar və əlverişli şərtlərdə saxlanılmayan qırmızı ət, ağ ət (toyuq), dəniz məhsulları isti hava şəraitində qısa müddətdə xarab olaraq mikroorqanizmlərin daha asan törəməsinə yol açır. Həmçinin meyvə və tərəvəzlər də yaxşı yuyulmadıqda riskli ola bilər. Belə ki, mikroblu qida və suların ağız yolu ilə daha çox qəbul edilməsi, kondisionerdən istifadə, müxtəlif bölgələrə edilən səyahətlər səbəbilə bəzi yoluxucu xəstəliklər daha çox müşahidə olunur. Su və qidalardan keçən infeksiyalardan qorunmağın ən düzgün yolu əl gigiyenasıdır. Əllərin tez-tez və düzgün qaydada yuyulmasına mütləq diqqət etmək lazımdır.
Yay aylarında çoxlarının sərinləmək, istirahət etmək üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Axar sulardan fərqli olaraq durğun sularda, xüsusilə də süni yaradılan çarhovuzlarda infeksiyalaşma halı daha çox müşahidə olunur. Buna görə də su hövzələrində infeksiyadan qorunmaq üçün mütləq sabun və su ilə duş qəbul edilməsi, nəm çimərlik geyiminin dəyişdirilməsi, əl və ayaq barmaq aralarının nəmli qalmamasına xüsusilə diqqət edilməlidir. Hovuz və dəniz suyunun udulmamasına diqqət edilməlidir. Dəridə sıyrıq və kəsik yaraları varsa, üzəndən sonra təmiz su və sabunla yuyunmaq lazımdır.
Uşaqların immunitetinin gücləndirilməsi üçün yay ən ideal dövrdür. Qışda uşaqların yoluxucu xəstəliklərə daha dözümlü olmasını istəyirsinizsə, mütləq yay fəslində çimərlik prosedurları qəbul edilməlidir. Mövsümi meyvələrlə bol qidalanmaq lazımdır, çünki onların tərkibində vitaminlər çox olur. Uşağın iştahasızlığından şikayətlənən valideynlər mütəmadi olaraq onları gəzintiyə çıxarmalıdır. O, xəstə deyilsə, iştahasızlığın səbəbi hərəkətsizlikdir. Ən əsası uşaqların yuxu rejiminə diqqət yetirilməlidir. Tətil olduğundan uşaqlar istədikləri vaxt yuxudan oyana bilərlər. Çünki hər bir uşağın öz bədən bioritmi var.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278073
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2
3513
15842
62719
3278073

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter