18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini iyul ayında da davam etdirib. İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb, səhiyyə müəssisələri lazımi tibbi preparatlarla təmin olunub.
Səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması məqsədilə 15 həkim Türkiyə Respublikasının müxtəlif universitetlərinə və Bakı şəhər tibb müəssisələrinə təcrübəyə göndərilib, 75 orta tibb işçisi sertifikasiya imtahanına cəlb olunub. Yaylaqların ərazisində məskunlaşan heyvandarların kütləvi tibbi müayinəsi təmin edilib.

Akademik Zərifə Əliyeva adına Milli ­Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Babək rayonunda 167 müayinə, 17 katarakta əməliyyatı aparılıb, 20 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865957
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3472
4264
14347
56348
3865957

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter