15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2018-ci ilin 7 ayı ərzində həkim-məsləhət komissiyalarının (HMK) fəaliyyəti və Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndərişlərin vəziyyəti müzakirə edilib.
Səhiyyə naziri Niyazi Novruzov xəstəliyə görə əlillik qrupu pensiyalarının və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılmasını ölkədə həyata keçirilən uğurlu­­ sosial siyasətin bəhrəsi kimi dəyərləndirərək bu sahədə görülən işlərdən danışıb.
Sonra Səhiyyə Nazirliyində əlilliyin müəyyən edilməsi və TSEK-ə­­­­ göndərişlərə nəzarət komissiyasının sədri Süleyman Cəfərov ötən 7 ay ərzində daxil olan müraciətlər, ekspertizadan keçən, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 2016-cı il 5 dekabr tarixli qərarına uyğun olaraq həkim-məsləhət komissiyalarının TSEK-ə göndərişləri Səhiyyə Nazirliyinə daxil olur və həftədə bir dəfə araşdırılır. Göndəriş və tibbi sənədlərdə çatışmazlıqlar qeydə alınan hallarda nöqsanlar qeyd edilməklə geri qaytarılır. Təlimata uyğun olduğu müəyyən edilən hallarda isə xəstələrin tibbi sənədləri və siyahısı İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Göndəriş və tibbi sənədləri qanunvericiliyə uyğun olan xəstələr TSEK tərəfindən çağırılır və əlillik qrupu təyin edilir.
2018-ci ilin yanvar ayından tibb müəssisələri rəhbərlərinin razılığı əsasında HMK-nın, əsasən, baş həkimlərdən ibarət sədrləri və üzvlər təsdiq edilib.
Bildirilib ki, tibb müəssisələri tərəfindən cari ilin 7 ayı ərzində nazirliyə 966 göndəriş daxil olub. Bu müddət ərzində nazirlikdə komissiya tərəfindən 34 xəstə müayinəyə dəvət edilib, 590 xəstənin tibbi sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-nə göndərilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə TSEK-ə göndərişlər 41 ilkin qeydə­alma, 47 müavinət, 26 nəfər ağırlaşma hesabına artıb. TSEK-ə göndərilən xəstələr arasında sinir, göz, onkoloji, psixi, kardioloji, travma və endokrin sistemi xəstələri üstünlük təşkil edirlər. Onların 60 faiz­indən çoxu sinir, ürək-damar, onkoloji və endokrin xəstələrin payına düşür.
Göz xəstələrinin sayının çoxluğu bu xəstəliklərə qarşı müalicə-profilaktika tədbirlərinin düzgün qurulmadığını göstərir. Ağırlaşmaların sayının çoxalması, xüsusən də III qrup xəstələrin I qrupa keçirilməsi halı artıb. Şəkərli diabet xəstəliyinə görə görmə pozğunluğu ağırlaşmalarının artması da xüsusilə qeyd edilməlidir.
İclasda yol verilən nöqsanlar və onların aradan qaldırılması, xüsusən də imtina halları müzakirə olunub. Qeyd olunub ki, 2016-2017-ci illərlə müqayisədə TSEK-ə göndərişlərdə qeyd olunan nöqsanlar xeyli azalsa da, tibbi sənədləşmə işi yaxşılaşsa da, bir sıra nöqsanlar hələ də aradan qaldırılmayıb. Yol verilmiş nöqsanlara görə TSEK tərəfindən 80 xəstənin sənədləri geri qaytarılıb, 16 nəfərin əlavə müalicəyə, 5 nəfərin əlavə müayinəyə göndərilməsi məsləhət bilinib.
Diqqətə çatdırılıb ki, göndərişlərin hazırlanmasında bir sıra ciddi nöqsanlara yol verilib. Qeyd olunan bu və digər nöqsanların yaranması tibb müəssisələrindəki HMK-ların öz işlərinə laqeyd münasibəti ilə bağlıdır. Bu da xəstələrin haqlı narazılığına, şikayətlərin artmasına zəmin yaradır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq qərar qəbul olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3277416
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2858
4179
15185
62062
3277416

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter