25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağa­yevin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Uşaqlarda qızdırma və çəngolma zamanı nə etməli?” adlı metodik vəsaiti nəşr olunub.
Vəsaitdə uşaqlarda qızdırma və çəng­olma sindromları və bu zaman göstərilən ilkin tibbi yardım barədə məlumatlar öz əksini tapır. “Qızdırma nədir?” bölməsində məlumat verilir ki, qızdırma xəstəlik deyil, əksinə müxtəlif xəstəliklərin əlaməti kimi özünü göstərir. Uşaqlarda qızdırma müxtəlif qıcıqların – virus, bakteriya, göbələk və parazitlərin təsirinə qarşı orqanizmin müdafiə reaksiyasıdır. Bu qıcıqların təsirindən termorequlyasiya (istilik tənzimi) pozulduğundan hərarət yüksəlir.
“Uşaqlarda qızdırmanın müalicə prinsipləri” bölməsində anaların həkim gələnə qədər nə edəcəkləri barədə məlumat verilir. Eyni zamanda metodik vəsaitdə uşaqlarda qıcolmalar, səbəbləri, ilkin yardımlar, müalicəsi, bununla əlaqədar muxtar respublikada aparılan səhiyyə maarifi işinin təşkili, valideynlərin tibbi maariflənməsi və digər bölmələr də diqqəti cəlb edir.
Metodik vəsait müəllifin uzun illərin pediatrik təcrübəsi, müşahidəsi və müxtəlif ədəbiyyatlardan istifadəsi nəticəsində ərsəyə gəlmişdir. Bu kitabdan analarla yanaşı, tibb kollecinin və tibb fakültəsinin tələbələri də faydalana bilərlər.
Metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə çap olunub. Xatırladaq ki, “Uşaqlarda qızdırma və çəng­olma zamanı nə etməli?” adlı kitab müəllifin səhiyyə maarifi xarakteri daşıyan dördüncü kitabıdır.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062528
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1134
4327
5461
113859
3062528

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter