16 Sentyabr 2019, Bazar ertəsi

Dünən Ordubad Rayon Mərkəzi Xəstəxanasında ana və uşaqların sağlamlığının qorunmasına dair seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilib, ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-­texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. İstifadəyə verilən kənd həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin hər birində zəruri avadanlıqlarla təchiz edilmiş doğuş otaqları yaradılıb.

Samrat Gəncəyeva qeyd edib ki, Səhiyyə Nazirliyinin bu ilin noyabr ayında keçirilən kollegiya iclasında doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyənləşdirilib. Bununla bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarların keçirilməsinə başlanılıb. Babək, Culfa və Şahbuz rayonlarında keçirilən tədbirlərdə müəyyən edilən vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, qeydiyyatının aparılması, qadınların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, aşkar edilən xəstəliklərin müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri diqqətdə saxlanılıb, reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələlərinə nəzarət daha da gücləndirilib. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılıb.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin sahə mama-ginekoloqu Vüsalə Babayeva hamilələrin reyestrinin təşkilində müasir metodların tətbiqi ilə əlaqədar məlumat verib.
Tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR