31 May 2020, Bazar

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2019-2020-ci tədris ili üçün qəbula namizədlər
- boyu 170 santimetrdən az olmayan;
- tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan;
- 15.09.2019-cu ilədək 17 yaşı tamam olan;
- yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2019-cu ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından və nazirlik tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı test imtahanlarında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir. Test imtahanlarının keçirilməsi qaydaları ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarla tanış olmaq olar.
Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyada təhsil müddəti 4 ildir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına müvafiq olaraq Yanğın təhlükəsizliyi mühəndisliyi və Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi verilir. Məzunlara zabit və ya orta rəis heyəti rütbələri verilməklə onlar Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
• tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış)
• şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadət­namənin notarial qaydada təsdiq olunmuş surəti
• hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti
• tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə
• tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış
• yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda)
• xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən və QİÇS haqqında arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında qısa epikriz
• 4 ədəd 6x4 santimetr ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).
Sənədlər 2019-cu il aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində (Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 25) qəbul ediləcək.
Əlaqə telefonları: (036) 545-41-66

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR