Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fevral ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Havaların mülayim keçməsi ilə ələqədar payızlıq taxıl əkinlərinə birinci mərhələdə mineral gübrələrin verilməsinin əhəmiyyəti mövzusunda maarifləndirici tədbirlər, tarla-seminar müşavirələri, Şərur, Babək, Culfa, Kəngərli rayonlarında kartofçuluqla məşğul olan torpaq sahibkarları ilə görüşlər keçirilib, əkin yerlərinin hazırlanması və əkiləcək əkin materialının təsərrüfat yararlılığı haqqında tövsiyələr verilib. Yeni  salınmış 4 hektar  üzümlük, 0,4 hektar tərəvəz parniki, 2,6 hektar istixana təsərrüfatı  sahələrində  kompleks  becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə məsləhətlər verilib. Həmçinin payızlıq taxıl və çoxillik əkinlərdə, meyvə bağlarında müşahidələr aparılaraq gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri üçün yerli icra orqanlarına dərman preparatları verilib.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülüb, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilib, heyvandarlıq təsərrüfatlarında qışlamaya hazırlıq və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunub.

 Kənd Təsərrüfatı Nazirliyinin  mətbuat xidməti