Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanası Hematransfuzioloji briqadasının iştirakı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında 17 aprel – Hemofiliya Günü münasibətilə tədbir keçirilib.
Səhiyyə işçilərindən və ictimaiy­yətin nümayəndələrindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Əvvəlcə donorlar arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinədən keçirilib. Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 26 donordan götürülən 13 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan bankına təhvil verilib, xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq Qan bankında saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti