19 Oktyabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il­dönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda süni divaradırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib.
Turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev çıxış ediblər.
Sonra yarışa start verilib. 60-a yaxın idmançının iştirak etdiyi birinciliyin yekun nəticəsinə əsasən oğlanlar arasında qalib adını Onur Məmmədov qazanıb. Digər iki pillədə Abbas Seyidov və Behbud Məhərrəmov qərarlaşıblar.
Qızların mübarizəsində isə Nazlıcan Çakır bütün rəqiblərini qabaqlayıb. Fatimə Abbaslı ikinci, Nuray Paşayeva isə üçüncü olublar.
Komanda yarışında isə birinciliyi Naxçıvan Dövlət Texniki Kollecinin komandası əldə edib. Naxçıvan Tibb Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplom və hədiyyələr, komandalara isə kubok təqdim olunub.

 * * *

“Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə olimpiya sistemi ilə keçirilən muxtar respublika turnirinə start verilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnirdə “Naxçıvan”, “Culfa”, “Şərur”, “Sədərək” komandaları ilə yanaşı, Azərbaycanın gənclərdən ibarət yığma komandası da mübarizə aparır.
Turnir iki gün davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR