06 Dekabr 2019, Cümə

Diaqnostika Müalicə Mərkəzinin həkimləri tərəfindən Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.
Növbəti aksiyada, ümumilikdə, 21 nəfərdən ibarət tibbi heyət iştirak edib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanıb və onlar xəstəxanaya dəvət ediliblər.

Yüksəkixtisaslı heyət 38 nəfəri ambulator müayinələrdən keçirib. Cərrahi müdaxiləyə ehtiyacı olan 29 xəstə üzərində müxtəlif növ yırtıq, fimoz, burun-qulaq-boğaz və başqa əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, birgünlük müşahidədən sonra evlərinə buraxılıblar.
Ağır cərrahiyyə əməliyyatları nəticəsində şəfa tapan xəstələrdən Billurə Əsgərova, Nazim Məmmədov, Fidan Məmmədli başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.
Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqlardan istifadə ilə bağlı tövsiyələr veriblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olan belə humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR