04 Mart 2021, Cümə axşamı

Dünən Culfa rayonunda “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 16 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açıb. O, müvafiq sərəncama əsasən Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmasının əhəmiyyəti barədə danışıb, rayonda bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə ötən dövrdə icbari tibbi sığortanın tətbiqi istiqamətində uğurlu nəticələr əldə olunub. Bu sahənin əhatə dairəsi genişləndirilərək Culfa rayonunda da icbari tibbi sığortanın tətbiq edilməsi üçün tapşırıqlar verilib, həmin tapşırıqların icrasını təmin etmək məqsədilə lazımi hazırlıq işləri görülüb. Belə ki, Culfa Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma və təmir-bərpa işləri həyata keçirilib, müvafiq palatalarda mərkəzi oksigen sistemi qurulub, fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi yaradılıb, kompüter və printerlər alınıb, mərkəzi server qurularaq Medisoft “Səhiyyə informasiya idarəetmə sistemi” istifadəyə verilib. Hazırda xəstələrin qeydiyyatı həmin sistem vasitəsilə aparılır. Xəstəxananın Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, maddi-texniki bazanı gücləndirmək və göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə ən müasir tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılıb. Həmçinin agentliyin qeydiyyat məntəqəsi yaradılıb.
Qeyd olunub ki, Culfa Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətdən 638-i icra ediləcək, qalanları isə digər səhiyyə müəssisələri tərəfindən həyata keçiriləcəkdir.
Sonra agentlik əməkdaşlarının çıxışları dinlənilib, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR