04 Mart 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Elmi-Tibbi Şuranın Rəyasət Heyətinin iclası keçirilib.
Nazir müavini Samrat Gəncəyeva nazirliyin 2006-cı il sentyabrın 14-də yaradılmış Elmi-Tibbi Şurası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, muxtar respublikada fəaliyət göstərən tibb ocaqlarının, o cümlədən həkim və tədqiqatçıların əhalinin sağlamlığına yönəldilmiş elmi fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılan şura ötən müddətdə müəyyən nəticələrə nail olub. Səhiyyə və tibb elmi sahəsində qarşıda duran məsələlərin həlli üzrə səlahiyyətli məsləhətçi orqan kimi muxtar respublika əhalisinin sağlamlığının qorunması istiqamətində müvafiq idarə və təşkilatlarla əlaqəli fəaliyyət göstərib, aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyən edib.
Bu illər ərzində şuranın xətti ilə elmi-praktik konfransların keçirilməsi diqqət mərkəzində saxlanılıb, hazırlanan kitab və monoqrafiyalar müzakirə edilib, nəşri tövsiyə olunub və oxucuların istifadəsinə verilib. İnnovativ inkişafın dəstəklənməsi sahəsində işlər, davamlı tibbi təhsilin tətbiqi, startap layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanılıb.
Samrat Gəncəyeva şuranın fəaliyyətinin yeni tələblər səviyyəsində qurulmasının zəruriliyini qeyd edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 24 yanvar 2020-ci il tarixli əmri ilə Elmi-Tibbi Şuranın Rəyasət Heyətinin 7 nəfərdən ibarət yeni tərkibi təsdiq olunub. “Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru İsa Abdullayev şuranın sədri vəzifəsinə təyin edilib.
Sonra Elmi-Tibbi Şuranın Rəyasət Heyətinin üzvlərindən Süleyman Cəfərov, Abbas Əliyev, Qoçəli Dünyamalıyev, İlkay Əliyeva və başqaları çıxış ediblər.
İclasda şuranın işinin, səhiyyənin inkişafı ilə bağlı mövcud problemlərin müzakirələrinin təşkili, hər təqvim ilinin sonunda şuranın işi haqqında ümumiləşdirilmiş illik hesabatın hazırlanması barədə tapşırıqlar verilib.
Rəyasət heyətinin iclasında şuranın idarə heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilib.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR