04 Aprel 2020, Şənbə

“Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün Naxçıvan şəhər Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə əhali arasında maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünü­idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov açıb. O, icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb, keçirilən tədbirlərin önəmini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətin təşkili, xidmətlər zərfi, sığortaolunanların tibb müəssisəsində hərəkəti, müştərək maliyyələşmə məbləği, 1 aprel 2020-ci il tarixdən toplanmağa başlayacaq sığorta haqları barəsində ətraflı məlumatlandırmaqdır.
Qeyd edilib ki, Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq 5 fevral 2020-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Həmin xəstəxanalar da icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələri sırasına daxil olub.
Sonra agentliyin əməkdaşları Nazəni Rüstəmlinin ”İcbari tibbi sığortada tibbi xidmətin təşkili”, Çilənay Qurbanlının “Sığorta­olunanın tibb müəssisəsində hərəkəti” mövzularında çıxışları dinlənilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, analoji tədbirlər “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsində, Babək rayonunun Payız və Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində də ­keçirilib.


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR