07 İyul 2020, Çərşənbə axşamı

Muxtar respublikadasanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virusinfeksiyasının yayılmasının qarşısının alınması  istiqamətində kompleks  profilaktik  tədbirlər həyata keçirilməkdədir.

Bu məqsədlə bütün tibb müəssisələrinin  gücləndirilmiş iş rejimində çalışmaları təmin edilib. Tibb personalının birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmə və digər fərdi mühafizə vasitələrinin, həmçinin dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin ehtiyatı yaradılıb.

Hazırda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatlarının həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir. İlk növbədə əhalinin sıx məskunlaşdığı yerlərdə, xüsusən Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, ticarət mərkəzlərində, topdansatış bazalarında, dövlət və özəl tibb müəssisələrində  dezinfeksiya işləri mütəmadi xarakter alıb. Sərnişin daşıyan avtobuslar, avtobus dayanacaqları gündəlik dərmanlanır. Məscidlər, mərasim evləri bu tədbirlər əhatəsindədir. Bərbərxana və gözəllik salonları, iaşə obyektləri, bank və bankomatlar, yaşayış binalarının zirzəmiləri, girişləri xloramin, xlorlu əhəng və bromosetlə dezinfeksiya edilib. Ərzaq mağazalarının qapı dəstəkləri xloranin məhlulu ilə isladılmım tənziflərlə sarınıb. İstehsal sahələrinin əksəriyyəti bu tədbirlərlə əhatə edilib. Məişət tullantıları daşıyan avtomaşınlar, tullantı qutularının gündəlik dərmanlanması nəzarətdə saxlanılır.

Məktəblər və uşaq baxçaları 2 dəfə dərmanlanaraq bağlanıb. Nazirlik, komitə, icra hakimiyyətləri, agentlik, xidmət, fond və şirkətlər, mərkəzi təşkilatlar,  digər idarə və müəssisələrin yerləşdikləri binalarda 1, bəzilərində isə iki dəfə dezinfeksiya işləri aparılıb. 

 Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR