08 İyul 2020, Çərşənbə

Şahbuz rayonunun Batabat ərazisində yerləşən yaylaqlarda rayon mərkəzi xəstəxanasının və baytarlıq idarəsinin kollektivləri tərəfindən bir sıra xidmətlər göstərilib. Belə ki, rayon mərkəzi xəstəxanasının həkimi Əli Qurbanov yaylaqlarda yaşayan vətəndaşların səhhəti ilə maraqlanıb, onlara müxtəlif zəruri dərman preparatları təqdim edib. 

 

Rayon baytarlıq idarəsinin müdiri Nəzəralı Ağamalıyev və idarənin kollektivi sahibkarlarla maarifləndirici söhbətlər aparıb, müxtəlif heyvani xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəliktörədicilərə qarşı aparılan mübarizə yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrasının zəruriliyi, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklərdən söhbət açılıb.
Tədbir çərçivəsində səyyar satıcılıq da təşkil edilib və yaylaqlarda olanlar tələbat yaranan ərzaqlarla təmin olunublar. 89 yaşlı sahibkar Abdulla İsayev göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib. Qeyd edək ki, rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən örüşlərdə dərmanlama işləri də həyata keçirilib.

- T. MƏMMƏDOVA

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR