22 Sentyabr 2020, Çərşənbə axşamı

Bu ilin altı ayı ərzində muxtar respublikada səhiyyə sisteminin infrastrukturu və maddi-texniki təchizatı daha da gücləndirilib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən Naxçıvan bürosuna bildirilib ki, pandemiya dövründə səhiyyə xidmətlərinin səviyyəsinin müasir tələblərə çatdırılması, keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ali Məclis Sədrinin tapşırığı ilə 2 dəst EKMO, 20 stasionar, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomanitor, 10 elektrosorucu, ümumilikdə, 40 funksional çarpayı alınaraq ehtiyac olan səhiyyə müəssisələrinə təqdim edilib.

Pandemiyanın Naxçıvan Muxtar Respublikası ərazisində yayılmasının qarşısının alınması və təsirinin azaldılması istiqamətində görülən tədbirlər sakinlər arasında yoluxma hallarının minimum həddə qeydə alınması ilə nəticələnib.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR