24 Oktyabr 2020, Şənbə

Avqustun 31-də – Aşura günü Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında 88 nəfərdən 44, Diaqnostika-Müalicə Mərkəzində 33 nəfərdən 16,5 litr qan götürülüb. Rayon mərkəzi xəstəxanaları üzrə Şərur rayonunda 40 nəfərdən 20, Sədərək rayonunda 40 nəfərdən 20, Kəngərli rayonunda 40 nəfərdən 20, Şahbuz rayonunda 36 nəfərdən 18, Culfa rayonunda 66 nəfərdən 33, Ordubad rayonunda 35 nəfərdən 17,5, Babək rayonunda isə 72 nəfərdən 36 litr qan götürülüb. Ümumilikdə, muxtar respublika üzrə 450 nəfərdən 225 litr qan tədarük olunub.
Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində təşkil olunub. Sosial məsafə gözlənilməklə və sanitar-gigiyena qaydalarına ciddi əməl edilməklə keçirilən aksiyada götürülən qanın qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilib.
Aksiya nəticəsində kifayət qədər qan ehtiyatı yaradıldığını vurğulayan Qan Bankının şöbə müdiri Məmmədəli Həsənov iştirakçılara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR