30 Noyabr 2021, Çərşənbə axşamı

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan tibb elminin görkəmli nümayəndəsi,Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə professor Tamerlan Əliyevinhəyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraqəməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan ƏliyevinAzərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətləri, gənc həkimlərimiz  üçün örnək olan çoxşaxəli fəaliyyəti haqqında danışıb.  Nazir qeyd edib ki,Tamerlan ƏliyevinAzərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində əvəzsiz xidmətləri olub. O, olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz       töhfələr        verib.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tamerlan Əliyevingənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərliyindən bəhs edib, unudulmaz alimin əziz xatirəsinin  hər birimizin qəlbimizdə daim yaşayacağını  və yad ediləcəyini bildirib.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin həyat və fəaliyyəti”,

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri,Naxçıvan  DU-nin Tibb fakultəsinin  baş  müəllimi,  Azərbaycan Respublikasının  əməkdar  həkimiSüleyman Cəfərov   “Professor Tamerlan Əliyevin elmi fəaliyyəti, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professoru, tibb elmləri doktoru,”Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah İsa Abdullayev “ Tamerlan Əliyevin pedaqoji fəaliyyəti”, Səhiyyə Nazirliyinin Tibbi statistika və İnformasiya sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva “Tamerlan Əliyev qayğıkeş həkim,ictimai xadim, tibbi kadrların hazırlanmasında rolu” barədə məruzələr ediblər.

Tədbirdə Səhiyyə nazirliyinin aparat işçiləri, bir sıra səhiyyə müəssisələrinin həkim və tibb bacıları,Naxçıvan Dövlət Universitetinin tibb fakültəsininin və Naxçıvan Tibb Kollecinin  müəllim və tələbələri iştirak ediblər.

       Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR