18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Göz insana təkcə görmək üçün deyil, həm də bu vaxtadək görünməyənləri aşkar etmək üçün verilib.
Elektrik lampası, televizor, kompyuter və sair insanların məişətinə daxil olmazdan əvvəl milyon illər ərzində insanların (əcdadlarımızın) görmə üzvlərinin dincəlmək üçün kifayət qədər vaxtı olub və gözlər bu rejimə, bu cədvələ uyğunlaşıb. Qeyd olunanlar insanların məişətinə daxil olduqca görmə üzvlərinin dincəlmək üçün vaxtı azalıb, onların üzərinə düşən yük dəfələrlə artıb.
Görmə üzvlərinin üzərinə düşən bu qədər ağır yükdən sonra əgər onlar hələ də bizi idarə edirlərsə, bu, onların həddən artıq mükəmməl bir kibernetik cihaz olduğuna dəlalət edir. Etiraf etməliyik ki, bu qədər mükəmməl kibernetik cihazın funksiyalarına müdaxilə etmək o qədər də asan deyil. Bunun üçün ehtiyatlılıq, mükəmməl bilik, dərin düşüncə, məntiq tələb olunur. Müdrik kəlamların birində ehtiyatlılıq barədə deyilir: “Ehtiyatlılıq müdrikliyin anasıdır”. Məntiq barədə Həzrəti Peyğəmbərimiz buyurub: “Allah-Taala məntiqdən dəyərli heç nə yaratmayıb”.

Həkimlərin bilikləri göydən vəhy şəklində endirilmir. Bu bilik oxunan kitablar, dinlənən mühazirələr və şəxsi təcrübə nəticəsində əldə edilir. Təcrübə nəticəsində əldə edilən bilik daha etibarlı sayılır. Məsələn, uzun illər ərzində görmə zəifliyi ilə müraciət edən uşaqların valideynlərindən uşaqların əsəbiləşmək dərəcəsini soruşduqda 99 faiz valideynin verdiyi cavab bu olub: “Uşaq əsəbidir”. Bu, onu göstərir ki, görmə funksiyalarının vəziyyəti bilavasitə sinir sistemi ilə əlaqədardır. Tez əsəbiləşən şəxslərin eynəklərinin nömrəsinin sürətlə yüksəlməsi deyilənləri bir daha təsdiq edir. Başqa bir misal: zəif görən uşaqların valideynləri yekdilliklə etiraf edirlər ki, uşaqlar uzanmış vəziyyətdə yazıb-oxuyur, tele­vizora baxırlar. Görmə funksiyalarının pozulmaması üçün deyilənləri yaddan çıxarmamaq lazımdır.
Gözlərin zəifləməsində qidalanmanın da əhəmiyyəti az deyil. Təcrübə göstərir ki, təbiətin insanlara bəxş etdiyi hazır qidalarla qidalandıqda görmə uzun müddət yaxşı vəziyyətdə qalır. Qeyri-təbii qidalar isə (keks, şokolad, tort və sair) görmə orqanlarına mənfi təsir göstərir.
Cəmiyyətin inkişafının hazırkı səviyyəsində həyatımızı televizorsuz, kompyutersiz təsəvvür etmək mümkün deyil. Yeganə çıxış yolu deyilən vasitələrdən fasilələrlə istifadə etməkdən, görmə üzvlərinə dincəlmək üçün vaxt ayırmağı yaddan çıxarmamaqdan ibarətdir.
Bitki mənşəli, vitamin tərkibli müəyyən preparatlar var ki, bu preparatlar kompyuterdən, televizordan çox istifadə edən şəxslərdə, sürücülərdə görmənin zəifləməsinin qarşısını almaqda uğurlu nəticələr verir. Buraya “Çernika forte”, “Vita optik” həbləri aiddir. Bu həblərin istifadəsi görmə funksiyalarının yaşla əlaqədar zəifləməsi zamanı da yaxşı nəticələr verir.

Kazım MEHDİYEV
həkim

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287907
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2755
3637
25676
72553
3287907

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter