20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilmişdir. İclasda 2013-cü il fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Səhiyyə Nazirliyi qarşısında qoyulan vəzifələr müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov qeyd etmişdir ki, muxtar respublikada əhaliyə laborator tibbi xidmət dövlət və özəl tibb müəssisələri tərəfindən həyata keçirilir. Bu məqsədlə Naxçıvan şəhərindəki tibb müəssisələrində, rayon mərkəzi xəstəxanalarında, bir sıra kənd xəstəxanalarında, özəl tibb ocaqlarında laborator şöbələr və ya kabinələr yaradılmışdır. Tibb müəssisələrinin əksəriyyəti son illərdə istifadəyə verildiyindən laborator şöbə və kabinələrdəki tibbi avadanlıqların, demək olar ki, hamısı müasir və təzədir. Ancaq bəzi müəssisələrdəki laborator şöbə və kabinələrin tibbi kadrlarla təminatı, onların peşəkarlığı, avadanlıqdan istifadəsi, müayinələrin keyfiyyəti istənilən səviyyədə deyildir. Kadr çatışmazlığı, həkimlərin və tibb işçilərinin bilik səviyyələrinin aşağı olması ən müasir avadanlıqlardan istifadə əmsalını aşağı salır, diaqnoz qoyularkən və ya laborator müayinələr aparılarkən səhvlərə yol verilir. Tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət zəifdir.

Bildirilmişdir ki, müşavirədə Səhiyyə Nazirliyinə iş yerlərində, ticarət obyektlərində, kommunal və ictimai obyektlərdə sanitar-gigiyena qaydalarının tətbiqinə nəzarətin artırılması, səhiyyə müəssisələrində əmək intizamına, tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsinə ciddi əməl olunması, tibb müəssisələrində quraşdırılan müasir avadanlıqların öyrənilməsi və qorunması, vaxtlı-vaxtında servis xidmətinin təşkilinə nəzarət olunması, dezinfeksiya tədbirlərinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilmişdir.
Nazir muxtar respublika ərazisində fəaliyyət göstərən bəzi tibb müəssisələrində əhaliyə göstərilən laborator-diaqnostik tibbi xidmətdə mövcud nöqsanları konkret faktlar əsasında ciddi tənqid etmiş, səhiyyə müəssisələrində əmək intizamına, tibbi kadrların ixtisasartırma kurslarına göndərilməsinə, tibb ocaqlarında quraşdırılan müasir avadanlıqların öyrənilməsi və qorunması, vaxtlı-vaxtında servis xidmətinin təşkilinə nəzarətin daha da artırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirmişdir.
Kollegiya iclasında həkimlərin və tibb işçilərinin bilik səviyyələrinin artırılması, müasir avadanlıqlardan səmərəli istifadə qaydalarına nail olunması, diaqnozlar qoyularkən və ya laborator-diaqnostik müayinələr aparılarkən yol verilən səhvlərin aradan qaldırılması ilə bağlı tibb müəssisələrinin fəaliyyətinə nəzarətin daha da gücləndirilməsi qərara alınmışdır.
Kollegiya iclasında “Şərq qapısı” qəzetinin 2013-cü il 16 fevral tarixli sayında “Bəzi ticarət obyektlərində sanitar-gigiyenik qaydaların pozulmasına niyə göz yumulur?” adlı tənqidi məqaləyə də münasibət bildirilmiş, müşavirədə irad tutulan nöqsanların bu tənqidi yazıda da öz əksini tapdığı qeyd olunmuş, adıçəkilən obyektlərdə həmin nöqsanların dərhal aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3044069
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5495
5384
21301
95400
3044069

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter