16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Son illər yüksək ixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır. Təkcə ötən il ərzində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş oftalmoloqlar, kardiocərrahlar, plastik və laporoskopik cərrahlar tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 104 göz, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50 açıq ürək, 71 angioqrafiya, 32 stend qoyulması, 58 göz, 5 TUR, 3 plastik, 3 invaziv, 14 laporoskopik əməliyyatlar, 68 EXO, 37 ultrasəs, 27 qastroskopiya, 3 kolonoskopiya əməliyyatı aparılmışdır. 

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən və ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Mərkəzi Neftçilər Xəstəxanasından gəlmiş həkim briqadasının böyük rolu vardır. Həmin xəstəxananın Ürək-Damar Xəstəlikləri Mərkəzi bu il fevralın 24-dən başlanan növbəti xeyriyyə aksiyasını bir neçə gün əvvəl başa çatdırmışdır. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik tam əməliyyat briqadası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürəyin işemik xəstəliyi, qazanılmış ürək qüsurları, anadangəlmə ürək qüsurları, aorta və digər arteriyaların xəstəlikləri kimi mürəkkəb cərrahi əməliyyatların aparılmasına nail olmuşdur. Səfər çərçivəsində 33 kardiovaskulyar cərrahi əməliyyat aparılmışdır ki,onlardan 3-ü damar, 30-u açıq ürək əməliyyatı olmuşdur. Ən çox isə aorta şuntlama əməliyyatı həyata keçirilmiş, ilk dəfə olaraq 77 yaşında qadına aortik bioprotez qapaq qoyulmuş və eyni zamanda aortokoronar şuntlama əməliyyatı icra olunmuşdur.

Anadangəlmə ürək qüsurlu 4 uşaq üzərində (1,3-2 yaş) aparılan açıq ürək əməliyyatı da uğurla başa çatdırılmış, 4 xəstəyə isə süni qapaq qoyulmuşdur. Xəstələr bir neçə günlük həkim müşahidəsindən sonra evə buraxılmışlar.
Aksiya çərçivəsində yerli həkimlər 15 xəstənin cərrahi əməliyyatında iştirak etmişlər. Əməliyyatlarla yanaşı, kardioloji ambulator müayinə və müalicələr də aparılmış, 150 xəstədə exokardioqrafiya, 20 xəstə üzərində angioqrafiya müayinəsi həyata keçirilmiş, onlara tibbi məsləhət və tövsiyələr verilmişdir.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardioloji, kardiovaskulyar cərrahi, reanimoloji, anestezioloji tibb bacıları və həkimlərdən ibarət tibbi heyət fəallıq göstərmişdir.
Aksiya çərçivəsində “Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi” mövzusunda altıncı regional elmi-praktik konfrans keçirilmiş, Mərkəzi Neftçilər Xəstəxanası ilə birgə əməkdaşlığın yerli həkimlərin və eləcə də tələbələrin praktik və təcrübi biliklərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmış, Ürək-Damar Xəstəlikləri Mərkəzi ilə birgə əməkdaşlığın başladığı 2007-ci ildən bəri 400-ə yaxın xəstə üzərində açıq ürək əməliyyatlarının aparıldığı, 200 xəstəyə stend qoyulduğu, minə yaxın xəstəyə isə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsullarının tətbiq olunduğu bildirilmişdir.
Aksiyanın keçirildiyi müddətdə rezident və gənc həkimlərin nəzəri və təcrübi biliklərinin artırılması məqsədilə İzmir şəhərindəki Ege Universitetinin ürək-damar cərrahı professor-doktor Suat Buket tərəfindən treninq kursları keçilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278511
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
440
3513
16280
63157
3278511

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter