20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, indiyə kimi 350-dən yuxarı həkim şəffaf şəraitdə test imtahanları vermişdir.
Mart ayının 16-da şüa diaqnostikası və urologiya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamalı olmuşlar. Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Kəmalə Qurbanova test imtahanının qaydaları haqqında məlumat vermişdir.
Sonra Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək bildirmişdir ki, hazırda dünya tibb elmində çox böyük inkişaf gedir, irəliləyişə nail olunur. Əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir. Bu proseslər muxtar respublikamızda da həkimlərin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaqdır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompyuterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 52 nəfərə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, 60 və ya daha çox bal toplamış 27 mütəxəssis sertifikasiya prosesinin ilk mərhələsini başa vurmuşdur. Onlardan 16 nəfər 90-100, 3 nəfər 80-90, 4 nəfər 70-80, 3 nəfər isə 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışdır. Növbəti test imtahanı yüksək bal toplayanların sayının artması ilə səciyyələnir. Həkimlərdən Zəburə Bağırova, Sevda Qurbanova, Heyran Əliyeva 99, Gülşən Əliyeva 98, İsmayıl Əliyev, Dürdanə Quliyeva 97 bal toplamağa müvəffəq olmuşlar. Şüa diaqnostikası üzrə həkim Qoçəli Dünyamalıyev isə sertifikatlaşma prosesinin test imtahanlarında 100 bal toplayaraq ən yüksək nəticəyə imza atmış ikinci mütəxəssisdir.
Sertifikasiya prosesinin müsahibə mərhələsi aprelin 3-də keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041807
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3233
5384
19039
93138
3041807

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter