17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərində, eləcə də muxtar respublikamızın digər bölgələrində bir aptekdə satılan dərmanın digər aptekdə daha ucuz qiymətə təklif edildiyinə bu ünvanlara üz tutanlar tez-tez şahid olurlar. Belə hadisələrlə qarşılaşanlar gələn dəfə reseptlə bütün aptekləri gəzir, ən ucuz qiymətə dərman almaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Elə redaksiyamıza edilən müraciətlərdə də müştərilərin əksəriyyəti bu sahədə vahid qiymət sisteminin tətbiq olunmasının zəruriliyini bildirirlər.

Mövzu ilə bağlı Naxçıvan şəhərində fəaliyyət göstərən əczaxanalarda kiçik bir araşdırma apardıq. Müşahidələr zamanı eyni dərmanların müxtəlif apteklərdə fərqli qiymətlərlə satıldığının şahidi olduq. Məsələn, Naxçıvan şəhərindəki 156 nömrəli əczaxanada “spazmalqon” adlı dərman 1 manata, “Əlincə” məhəlləsindəki fiziki şəxs Raidə Məhərrəmovaya aid aptekdə isə 1 manat 20 qəpiyə satılır. Həmin aptekdə “tetrasklin” 20 qəpiyə, şəhərimizin “57-ci” məhəlləsindəki “Səhhət” adlı əczaxanada 30 qəpiyə müştərilərə verilir. “İstiqlal” küçəsində fəaliyyət göstərən “Şəfalı” adlı əczaxanada “çikloferon”u 9 manat 60 qəpiyə, həmin küçədəki “Nicat” adlı aptekdə 9 manata, “Aptek-77”-də isə 10 manata satırlar. “İstiqlal” 77 ünvanındakı əczaxanada “çikloferon”un qiyməti 9 manat 50 qəpik, “Təbriz” 1 ünvanındakı əczaxanada 9 manat 20 qəpikdir. “İstiqlal” 115-də fəaliyyət göstərən fiziki şəxs Eylaz Kazımova aid əczaxanada “tilol” adlı dərman 50 qəpik, həmin küçədə yerləşən “Loğman-2” əczaxanasında 1 manat 60 qəpik, “Təbriz” 1 ünvanındakı əczaxanada isə 60 qəpikdir. Bu qiymət fərqi qiyməti daha yüksək olan dərmanların satışında da müşahidə olunur.

Dərmanların adları və çeşidləri çox olduğu üçün biz, sadəcə, bir neçə dərmanın qiymətlərini müqayisə etdik. Bu gün əcxanalarımızda fərqli qiymətlərlə satılan yüzlərlə dərmanın adını çəkmək olar. Halbuki Azərbaycanda dövlət qeydiyyatına alınan və dövlət reyestrinə daxil edilən bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində təsdiq olunmuş qiymət əsasında, eyni olmalıdır. Bu sahədə isə əsas məsuliyyət Naxçıvan Muxtar Respublikası Səhiyyə və İqtisadi İnkişaf nazirliklərinin üzərinə düşür.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, insanlar ucuz və bahalı olmaqla iki qiymətlə rastlaşarkən istər-istəməz ucuz dərmanın keyfiyyətsiz olması haqda düşünürlər. Belə olan halda isə xəstənin qəbul etdiyi dərmanların effekt verəcəyinə, sağlamlığına yenidən qovuşacağına inamı azala bilər. Əczaxana sahibləri dərmanların qiymətlərinin müxtəlif olmasını onların istehsal edildiyi zavodla əlaqələndirərək deyirlər ki, dərmanların qiymətlərinin müxtəlifliyi onların istehsal olunduqları ölkə, firma, qutulardakı həblərin sayı, keyfiyyəti ilə bağlıdır. Bundan başqa, əczaxana sahibləri şəhərin mərkəzində yerləşən apteklərdəki dərmanların qiymətinin kənarda yerləşən əczaxanalardakı eyni dərmanların qiymətindən nisbətən baha olmasını təbii hal kimi dəyərləndirirlər. Deyirlər ki, bu, təbii haldır. Çünki şəhərin mərkəzində obyektlərin kirayə haqqı və digər xərclər daha yüksəkdir. Buna görə də qiymətlərdə müxtəliflik nəzərə çarpır.
Belə düşünənlərin diqqətinə çatdırmaq istərdik ki, heç bir xərcin əczaxanaya dərman üçün gələn vətəndaşın cibindən kompensasiya edilməsinə çalışılmamalıdır.

Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283713
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2198
3444
21482
68359
3283713

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter