17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri Türkiyə Cümhuriyyətinin müxtəlif universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qardaş ölkənin ali məktəblərində yay istehsalat təcrübəsi keçiblər.
Türkiyənin Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım, Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarındakı təcrübədə, ümumilikdə, 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Tələbələr Cərrahiyyə, Pediat­riya, Təcili Tibbi Yardım, Ginekologiya və Terapiya şöbələrində qrafik üzrə praktik məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin Oftalmologiya, Qulaq-burun-boğaz, Dermatologiya ixtisasları üzrə rezident-həkimlər müayinə-müalicə proseslərində öz bilik və bacarıqlarını artırıblar. Tələbələr həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər. Rezidentlər isə Kardiologiya ixtisası üzrə sərbəst xəstə müayinəsi aparıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumları profilaktik müayinələrdən keçirib. Müəssisənin tibbi sanitar hissəsinin həkim və orta tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində bütün məhkumlardan ümumi, hepatit B, C, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürü­lüb. Sonra yüksəkixtisaslı həkimlər tərəfindən müayinələr aparılıb. 24 nəfər USM, 7 nəfər EKQ müayinəsindən keçirilib. 12 kardioloji, 5 nevroloji, 8 göz, 10 uroloji, 10 te­rapevtik, 9 stomatoloji xəstə tibbi müayinələrlə əhatə olunub. 21 nəfərə diaskin test sınağı qoyulub.
Profilaktik tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən davam etdirilərək 120 məhkum ftiziatr müayinələrindən keçirilib. Aşkarlanan xəstəliklər məhkumların tibbi kitabçalarına qeyd olunub və dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, həmçinin mövsümi xəstəliklər barədə səhiyyə maarifi işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iclas keçirilib.
İclasda tibb müəssisələrindəki ­həkim-məsləhət komissiyalarının fəaliyyətinin və tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib. İclasda səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək xəstəliyə görə əlillik qrupu pensiyalarının və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılmasını ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirib, bu sahədə görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əlilliyin müəyyən edilməsi ilə əlaqədar yaradılmış komissiyanın sədri Süleyman Cəfərov ötən 6 ay ərzində daxil olan müraciətlər, ekspertizadan keçən xəstələr, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.

Ardını oxu...

Muxtar respublikamızda iyun ayında infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş uşaqların 343 nəfəri idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, ­poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb.Yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.

Gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji müəssisələrdə, oyun zallarında sanitar-gigiyenik qaydalara əməl olunması, işlədilən alətlərin sterilizasiya edilməsi, obliqat qrup kimi işçilərin tibbi müayinələrdən keçmələri diqqətdə saxlanılıb.
Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda dezinfeksiya və ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.

Ardını oxu...

...Neçə vaxtdan bəri muxtar respublikamızın blokada şəraitində qalması yaşayış tərzini bir az da mürəkkəbləşdirib. Evlərdə, iş yerlərində elektrik enerjisinin, lazımi istiliyin olmaması müxtəlif problemlər yaradır. Belə vəziyyət sağlam adamların da səhhətinə müəyyən dərəcədə təsir edir. Bəs xəstələrin halı necədir?
Yaxınlarının, dost-tanışlarının vəziyyəti ilə maraqlanmaq istəyənlər xəstəxanaya gələrkən onların halını sözsüz başa düşürlər. Soyuq, bəzən də qaranlıq palatalar ilk baxışda soruşmadan vəziyyəti göstərir. Naxçıvan Respublika Xəstəxanasının baş həkimi Mustafa Fətullayev də bu sözlərə şərik çıxdığını bildirir: – Xəstələrin tez sağalması üçün, ilk növbədə, palatalarda, otaqlarda lazımi istiliyin yaradılmasını əsas şərt kimi qəbul edirik. Lakin bizdən asılı olmayan səbəblərə görə zəruri şəraiti yarada bilmirik. Xəstəxanamızın qazanxanası təmirdən təzəcə çıxıb. Lakin mazut, qaz olmadığından ondan istifadə edə bilmirik. Məcbur qalan xəstələr vəziyyətdən çıxış yolunu elektrik qızdırıcılarından istifadə etməkdə görürlər. Bunun isə nə demək olduğunu hamı bilir. Standarta uyğun olmayan qızdırıcılar hər an yanğın törədə bilər... Bundan başqa, gərginlik həddindən artıq sərf edildiyindən elektrik xətləri tez-tez sıradan çıxır. Bəzən günlərlə xətlərin təmiri ilə məşğul oluruq. Elektrikin, istiliyin olmaması, xüsusilə Cərrahiyyə şöbəsində vəziyyəti ağırlaşdırır. Tez-tez çətinliklərlə qarşılaşırıq. Əməliyyat aparılarkən elektrik enerjisinin kəsilməsinin nə demək olduğunun izaha ehtiyacı yoxdur. Xəstəxanamızda olan 5 kilovatlıq generatordan belə, çətin məqamlarda yalnız Cərrahiyyə şöbəsində istifadə edirik. 550 çarpayılıq xəstəxanada yalnız 440-a yaxın xəstəyə tibbi xidmət göstərə bilirik. Hamı başa düşür ki, bu cür vəziyyətin tezliklə aradan qaldırılması üçün yuxarı təşkilatlar tərəfindən gərgin iş aparılır. Yəqin ki, İran və Türkiyə respublikaları tərəfindən muxtar respublikamıza çəkilən elektrik xətləri istifadəyə verildikdən sonra vəziyyət nisbətən yaxşılaşar.
Ümidlə yaşamaq yaxşıdır. Amma hələlik vəziyyət, deyildiyi kimi, çətindir. Bizə isə qalır xəstələrə “yastığın yüngül olsun” deməklə onlara xoş arzularımızı bildirmək.

X.Sadiqova
“Şərq qapısı” qəzeti
25 noyabr 1992-ci il

Naxçıvan Muxtar Respublika Xəstəxanası
bu gün xəstələrin ümid yeri, şəfqət ünvanıdır

Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan Naxçıvan Muxtar Respublikasında, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq, mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən, ərzaq qıtlığı, süfrəmizin neməti olan çörəyə belə, həsrət qalmağımız, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi. Yaxşı ki həmin illərdə ulu öndərimiz Heydər Əliyev Naxçıvanda idi. Məhz onun ciddi səyləri nəticəsində bir sıra problemlər həll edilirdi. Lakin yaranmış vəziyyət bütün məsələləri tam həll etməyə imkan vermir, bəzi çətinliklərin aradan qaldırılması üçün zaman tələb olunurdu... 

Həmin vaxtlarda isə ümid ilə üz tutduğumuz xəstəxanalardan çox vaxt nagüman qayıdırdıq. Yuxarıdakı məqalədə də qeyd olunduğu kimi, tibbi əməliyyat aparılarkən işığın sönməsi və bu zaman xəstənin həyatını itirməsi, qan çatışmazlığı, anti­sanitar vəziyyətdə olan xəstəxana palatalarında səhhəti daha da ağırlaşan insanlar həmin illərin reallıqları idi. Çox böyük xoşbəxtlikdir ki, bu gün artıq bütün bunların hamısı ­geridə qalıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3141
3444
22425
69302
3284656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter