25 Oktyabr 2021, Bazar ertəsi

  

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan şəhərində keçirilib. Qeyd edək ki, sözügedən tədbirə işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” adlı taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, müəssisə əməkdaşlarının praktik bacarığının təkmilləşdirilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz mayor Vüsal Vəliyevin və leytenant Kamal Əbilovun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılar şəhidlərimizin xatirə guşəsi, təltif edildikləri orden və medallarla tanış olublar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin hazırlamış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.

Ardını oxu...

Bu gün xaricdə təhsil almaq bütün dünyada populyardır. Bu baxımdan dünyanın hər yerindən əcnəbi tələbələri qəbul edən Naxçıvan Dövlət Universiteti də istisna deyil. 1967-ci ildən fəaliyyətə başlayan universitet ötən dövr ərzində müxtəlif inkişaf mərhələlərindən keçərək dünya universitetləri sırasında nüfuzlu yerə sahib olub. Artıq uzun müddətdir ki, bu ali təhsil müəssisəsinin qapıları müxtəlif xarici dövlətlərin vətəndaşlarının da üzünə açıqdır.

Ardını oxu...

Babək Rayon Təhsil Şöbəsinin akt zalında rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Asif Hacıyev açmışdır.

Ardını oxu...

O zamanlar, hələ uşaq olsam da, yaxşı xatirimdədir. Elə ki payız gəldi, şəhərdən kəndə, ata-baba ocaqlarına üz tutardı oğullar, qızlar. Babamın böyük meyvə bağı, onlarla arı pətəyi, mal-qarası, kənddən bir az uzaqda da “torpaq payı” dedikləri yerdə ona atasından miras qalan çoxlu tut, cəviz ağacları vardı. Oğul-uşaq bir yerə yığışar, həmin bağların barını toplayar, qız-gəlin isə bu bardan qış üçün doşab, meyvə quruları və daha neçə-neçə nemət hazırlayardı. Həmin nemətləri də oğul-qızlarına pay-puş edərdi nənəm. Payız bar-bərəkət fəsli olduğu qədər, həm də zəhmət fəslidir, axı. Elə ki payız gəldi, kənd-kəsəyimizin bərəkət ətri aləmi bürüyər, əkin yerləri, tarlalar, bağ-bağat məhsulla aşıb-daşardı. 

Ardını oxu...

Muxtar respublikamızda son illər arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi bu sahədə uğurlu göstəricilər əldə edilməsinə imkan verib. Arıçılar İctimai Birliyinin yaradılması isə belə tədbirlərdən biri kimi bu sahə ilə məşğul olan sahibkarlara, kənd adamlarına dövlət qayğısının ifadəsidir.
Muxtar respublikanın arıçılıq təsərrüfatlarının sahibləri də belə qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar. Onlara maarifləndirici söhbətlər zamanı izah edilir ki, arıçılıqda yüksəkkeyfiyyətli məhsul istehsalına nail olmaq üçün bir sıra məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, damazlıq işi yüksək səviyyədə qurulmalı, yem ehtiyatı potensialının artırılmasına ciddi önəm verilməli, maddi-texniki baza gücləndirilməli, arıçılıq məhsullarının dünya standartlarına uyğun istehsalı, tədarükü, emalı və marketinqi təmin edilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafik əsasında növbəti əmək yarmarkalarının keçirilməsinə başlanılıb. İlk belə tədbir dünən Sədərək rayonunda keçirilib.
Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 10 müəssisədən 72 boş iş yeri təqdim edilib. Nəticədə, 7 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin peşə hazırlığı kurslarına, 12 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Ardını oxu...

Cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması tədbirləri muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Belə ki, ötən ay ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödənilməsinə 15 milyon 237 min manat, sosial sığorta ödəmələrinə isə 281 min manat vəsait xərclənmişdir. Əmək pensiyalarının və məcburi dövlət sosial sığortası hesabına ödəniş plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilmişdir.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, bir fərd olaraq özünəqulluq və özünəxidmət bacarıqlarına malik olması, müstəqil yaşam vərdişlərinə yiyələnməsi, fiziki və əqli inkişaf səviyyəsinə uyğun olaraq təhsil alması onların inkişafını şərtləndirən əsas amillərdən biridir. Muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların yüksək səviyyədə təhsil almasına, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətə inteqrasiyasına həssaslıqla yanaşılır. Onlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara göstərdiyi diqqətin ifadəsi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir. 

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi kimi Vətən müharibəsinə yollanan, qəhrəmanlıqla şəhid olmuş Orxan Kərimlinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası təşkil edilib. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin ərazisində təşkil edilən ağacəkmədə fakültənin müəllim və tələbələri iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması sentyabr ayında da diqqətdə saxlanılmış, bir sıra görüş, seminar, təlim və monitorinqlər keçirilmişdir.
Ötən ay Şərur rayonunun Kərimbəyli kəndində yaşayan, xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı Babayevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabr ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu şəxslərdən 19 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 1 nəfərə inkubator aparatı, 2 nəfərə miniyerşumlayan aqreqat, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə iaşə xidmətinin göstərilməsi üçün avadanlıqlar verilib. Özünüməşğulluğu təmin edilənlərdən 14 nəfərini sağlamlıq imkanları məhdud şəxs, 1 nəfərini şəhid ailəsi üzvü, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 1 nəfərini isə ailə üzvləri sırasında qazi olan şəxslər təşkil edib. Əlavə edək ki, bu mərhələdə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona arpa-buğda qıran aqreqat verilib.

Ardını oxu...

(esse)

 Fəsillər içərisində bir fəsil vardır. Bəzən kövrək, həssas, qırılan, bəzən isə hirsli olur. Küləyi ilə əsib sovurub, ildırımları ilə barmaq silkələsə də, ömrün xəzan çağını görəndə buludları ilə dolub boşalır. Bu qarışıq duyğuları özündə birləşdirən payız bir az da insan ömrünü xatırladır. Günləri, ayları bir-birinin ardınca qovaraq böyüyən otlar, güllər, ağaclar bu fəsildə ömürlərinin xəzan çağını yaşayırlar. Necə ki, insanın yaşlanması ilə sahib olduğu sağlamlığını, əmək qabiliyyətini itirməsi kimi. 

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biri pensiya təminatı sistemi ilə bağlıdır. Görülmüş işlərin nəticəsi kimi sosial baxımdan yüksək pensiya təminatı sisteminin yaradılmasına nail olunub. Hazırda ölkədə tətbiq olunan pensiya sistemi fərdi uçot əsasında sosial sığorta prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Ardını oxu...

Ağsaqqalsız, ağbirçəksiz həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır. Onlar ahıllardır. Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Cəmiyyət üçün də ahıl insan əvəz­olunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Belə bir deyim vardır ki, gənclərin aynada görə bilmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyarlar. Onların zəngin həyat təcrübəsindən faydalanmaqdan əlavə biz onlara bir ömür sevgi borcluyuq. Bizi dünyaya gətirən, min bir əzab-əziyyətlərlə boya-başa çatdıran bu insanların qayğısına qalmaq, nazını çəkmək bizim şərəfli vəzifəmizdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil edilib. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Səhiyyə Nazirliyinin Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsinə, Əcəmi seyrəngahında təşkil olunmuş Açıq Səma Altında Muzeyə ekskursiyası baş tutub, daha sonra onlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında sağlamlıq imkanları məhdud şəxslərin “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Ziyarətin ardından çay süfrəsi arxasında səmimi söhbət olub.
Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, onlar göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

 

 

 

Muxtar respublikanın turizm imkanlarının təbliği və istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasına xidmət edən müsabiqəyə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən mükafatlandırma mərasimi ilə yekun vurulub.

Ardını oxu...

Dünən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Naxçıvan şəhərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz – baş leytenant Hüseynov Raqib Adil oğlu, Mayor Həsənov Sadiq Əli oğlu və doğum günü qeyd olunan əsgər Qurbanov Xansu Elsevər oğlunun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar.

Ardını oxu...

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Ardını oxu...

Naxçıvan dünən 

Yüz ildir ki, işıq üzü görən “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən qəzetin 9 fevral 1994-cü il tarixli sayında dərc edilmiş “İşsizlik” sərlövhəli məqalə ilə rastlaşdım. O anda bu gün qazanılan uğurların miqyasını bir daha xəyalıma gətirdim. Yazıdakı ümidsizliyi ifadə edən fikirlərlə tanış olarkən inana bilmirsən ki, blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bu gün belə bir zirvəyə yüksəlib. Məqalədə diqqətə çatdırılan çatışmazlıqlar, əsasən, blokada vəziyyətinə düşmüş və 70 il asılı iqtisadiyyat sistemi ilə idarə olunan Naxçıvan Muxtar Respublikasındakı bütün müəssisələrin bağlanması səbəbi ilə vaxtilə mövcud olan problemlərdir. Gəlin, fikir bildirməyə tələsməyək. Naxçıvanın dünəni ilə bu gününü müqayisə etmək üçün əvvəlcə həmin məqalə ilə tanış olaq.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində sığorta-pensiya sistemində davamlı inkişafa nail olunmuş, sistemin beynəlxalq standartlara uyğun formalaşdırılması təmin edilmiş, həmçinin sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Sığorta-pensiya sisteminin maliyyə təminatının əsasını isə məcburi dövlət sosial sığorta haqları təşkil edir.

Ardını oxu...

Dünən Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclər arasında “Nizami Gəncəvi ili”nə həsr olunmuş Ümumrespublika Xəmsə Festivalının Naxçıvan Muxtar Respublikasındakı seçmə mərhələsi keçirilib. Oyunun keçirilməsində məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.

Ardını oxu...

Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətimizin həyatında bir çox mühüm dəyişikliklər baş vermişdir. Təbii ki, köklü dəyişikliklər, o cümlədən mülkiyyətin müxtəlif forma və növlərinin mövcudluğu, torpaqla bağlı münasibətlərin hüquqi tənzimlənməsini tələb edirdi. Məlum olduğu kimi, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların statusunun, hüquqi rejiminin, torpaq və digər təbii ehtiyatlardan istifadə edilməsinin qanunvericilik əsasları olmalıdır və ölkəmizdə bununla bağlı zəruri hüquqi baza yaradılmışdır. 

Ardını oxu...

Uzunömürlü ailələrin sirri nədədir? Yəqin bunun bir düsturu var… Əlbəttə, hər bir uzunömürlü ailə xoşbəxt sayılmır. Amma qırx-əlli il bir yerdə ömür sürən, hələ də əl-ələ tutub gəzən yaşlı insanları görəndə, heç maraqlanmısınızmı, bu qədər uzun və sevgi dolu günləri necə geridə qoyublar?

Möcüzəli dünyamız həmişəyaşar hisslərdən yaradılıb, sehrində insanlar ata qanı, ana südü ilə doğmalaşıblar. Azərbaycan xalqı ailə qurmağa həmişə müqəddəs iş kimi baxaraq məhəbbət hissini, iki gəncin ülfət bağlayıb ailə qurmasını ilahi ölçülərlə mənalandırmışdır. Azərbaycan ailəsinin əsas bünövrəsi sayılan qadınlarımız tarixboyu min bir əzaba qatlaşaraq ailəsini qorumağa, qohum-əqrəbanın, el-obanın adına ləkə gətirilməsinə imkan verməməyə çalışmışlar. Ailədə kişi də, qadın da, necə deyərlər, öz yerini tanımış, tarixən yaranıb formalaşmış adət və ənənələrə hörmətlə yanaşılmışdır. Lakin xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr bəzi ailələrdə müxtəlif səbəblərdən müəyyən dəyişikliklərə uğrayıb, analıq instinkti, ailəyə bağlılıq, məsuliyyət, qadına məxsus nəciblik və zəriflik hissləri yavaş-yavaş tükənməyə doğru getməyə başlayıb.

Ardını oxu...

Muxtar respublikada sosial-iqtisadi siyasət uğurla həyata keçirilir, bütün sahələrdə davam etdirilən islahatlar sosial müdafiə sisteminin də inkişafına geniş imkanlar yaradır. Pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinin qanunvericiliyə uyğun təyin edilməsi və vaxtında ödənilməsi, habelə ödənilmə sahəsində tətbiq olunan mütərəqqi üsullar əhaliyə daha yüksək səviyyədə xidmət göstərilməsini təmin edir.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzində idmançıların istirahətinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəb”ləri bu il də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbayan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Kikboksinq, Hava və Ekstremal İdman Növləri, Karate-do və Paralimpiya federasiyalarından, ümumilikdə, 50 nəfər iştirak edib.
Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr, film nümayişləri və Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.
Qeyd edək ki, qrafikə əsasən 13-15 sentyabr tarixlərini əhatə edəcək növbəti mərhələdə Boks, Futbol, Güləş və Basketbol federasiyalarının məşqçi və idmançılarının iştirakı nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sosial sahədə davamlı inkişaf təmin edilmişdir. Əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində muxtar respublikada mütəmadi olaraq işlər görülür. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində ikigünlük təlim keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında bütün uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək diqqət mərkəzində saxlanılır. Həmçinin yay tətili günlərində onların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində bir sıra işlər görülür.
Bu istiqamətdə görülən işlərin davamı olaraq Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 25 uşağa Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşası nümayiş olunub.
Uşaqlar teatrdan xoş təəssüratla ayrılıblar.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqlar üçün növbəti ekskursiya təşkil edilib. Məqsəd tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir. Ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan 24 uşaq iştirak edib. Uşaqlar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Ardını oxu...

Füsunkar təbiəti, zəngin flora və faunası ilə daim bu yurda üz tutanları özünə heyran qoyan Naxçıvanımız həm də geniş turizm infrastrukturuna sahibdir. Ötən illər ərzində bu sahədə məqsədyönlü addımların atılması turizm potensialının yaxşılaşdırılması, istirahət zonalarının yaradılması istər yerli, istərsə də əcnəbi turistlərin buraya axınını sürətləndirir. Bu mənada, son dövrlər Ağbulaq İstirahət Mərkəzi ən populyar ekoturizm məkanlarından birinə çevrilib. Mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardandır. Hər il mərkəzdə gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir.

Ardını oxu...

Virus infeksiyalarına qarşı mübarizə tədbirlər çərçivəsində Naxçıvan şəhərində və rayonlarda dezinfeksiya tədbirləri davam etdirilir. Naxçıvan şəhərindəki Heydər Əliyev prospekti, Cəlil Məmmədquluzadə, Nəsrəddin Tusi, Azərbaycan küçəsi, Əziz Əliyev, Pişəvəri, İstiqlal, İdris Məmmədov, Nizami, Atatürk, İslam Səfərli, Əliqulu Qəmküsar küçələri, “Mərkəzi Xəstəxana” publik hüquqi şəxs, “Kardiologiya Mərkəzi” publik hüquqi şəxs, “Təcili Tibb Mərkəzi” publik hüquqi şəxs, “Yoluxucu Xəstəliklər Mərkəzi” publik hüquqi şəxs, “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs, “Uşaq Xəstəxanası” publik hüquqi şəxs, “Doğum Mərkəzi” publik hüquqi şəxs, Körpələr evi, Onkoloji Mərkəz, Psixi Xəstəliklər Dispanseri, Səhiyyə Nazirliyi, Üzgüçülük Mərkəzi, Gömrük Komitəsi, Avtovağzal, 2 Mərasim evi, 1 nömrəli Mənzil İstismar İdarəsinin ərazisinə daxil olan ictimai yaşayış binaları, girişləri, zirzəmisi və ətrafı dezinfeksiya olunub. Bu tədbirlər çərçivəsində Naxçıvan şəhərində 1 milyon 200 min kvadratmetr, rayonlarda isə 1milyon 262 min kvadratmetr sahə olmaqla, ümumilikdə, 2 milyon 462 min kvadratmetr sahə dezinfeksiya edilib.
Dezinfeksiya tədbirləri Fövqəladə Hallar Nazirliyinin 1 dezinfeksiya avtomobili, xüsusi qurğu quraşdırılmış 3 yanğınsöndürmə avtomobili, dezinfeksiya qrupları və Dövlət Baytarlıq Xidmətinin 2 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən şəhid və qazi övladları üçün “Zəfər Düşərgəsi” başa çatıb.
Üç gün davam edən düşərgənin ilk günündə iştirakçıların Ağbulaq İstirahət Mərkəzi ilə tanışlığı təşkil edilib, Naxçıvan şəhərindən dəvət edilmiş psixoloq tərəfindən onlarla psixoloji seanslar aparılıb. Günün ikinci yarısında isə uşaqların vaxtının əyləncəli təşkili məqsədilə yapon kağız sənəti – oriqami üzrə ustad dərsi keçilib. Birinci günün sonunda uşaqlar üçün film nümayişi də təşkil olunub.

Ardını oxu...

Xalqımızın mədəni, elmi, siyasi səviyyəsinin yüksəlməsində kitab böyük əhəmiyyətə malikdir. Əlbəttə, kitabın ərsəyə gəlməsi nəşriyyat prosesindən keçir və hər bir vəsaitin nəşri müəyyən məqsəd və vəzifəni yerinə yetirir. Əsərin nəşriyyat-redaksiya prosesində formalaşması, çapdan buraxılması nəşriyyat fəaliyyəti ilə əlaqədardır. Müasir texnoloji yeniliklərlə nəfis şəkildə çap olunmuş kitablar mütaliə sevənlər üçün, sözün əsl mənasında, ən dəyərli hədiyyədir. Əgər belə bir hədiyyəni Naxçıvan kimi qədim elmi, ədəbi və mədəni tarixi keçmişə malik torpaqda yaşayanlara təqdim etsək, bu onların yaddaşında daim qalacaq. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə əlverişli zəmin yaradıb.

Ardını oxu...

Bu günlərdə İslam dünyasının bir çox xalqları tərəfindən  Kərbəla hadisəsi bir daha yad edilir, şəhidlərin ruhuna dualar oxunur, faciədən çıxarılan dərslər nəzərdən keçirilir. Tanınmış filosoflardan Tomas Korlayl dediyi kimi, “Kərbəla faciəsindən aldığımz ən gözəl dərs odur ki, Hüseyn və onun silahdaşları Allaha möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur”.  Alman filosofu Marbani isə deyirdi: “Müsəlmanların mövcudluğu Hüseynin şəhadəti ilə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”.

Ardını oxu...

Dövlət proqramı icra olunur


Sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətin xüsusi sosial qayğıya ehtiyacı olan nümayəndələridir. Həmyaşıdları ilə bərabər imkanlara malik sağlam mühitin formalaşdırılması bu uşaqların cəmiyyətə inteqrasiya olunması baxımından olduqca əhəmiyyətlidir. Çünki bu istiqamətdə həyata keçirilən tədbirlər məhdud fiziki imkanlı uşaqların özlərini cəmiyyətdən təcrid etməsinin qarşısını alır və onların hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır.

Ardını oxu...

Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin edilməsi idarəçiliyin müasir prinsiplər əsasında həyata keçirilməsini zəruri etmişdir. Bu məqsədlə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması həyata keçirilən islahatların başlıca istiqamətlərindən birinə çevrilib. Göstərilən elektron xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması daim diqqət mərkəzində saxlanılır. Müasir informasiya texnologiyalarından istifadə etməklə elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, həmçinin sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Ağbulaq İstrahət Mərkəzində “Yay məktəbi” fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək. Layihənin proqramına əsasən, bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişi təşkil olunacaq.
Qeyd edək ki, “Yay məktəbi”nin budəfəki mərhələsində muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri, həmçinin könüllü gənclər iştirak edir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nin iştirakçıları mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olub, müxtəlif idman oyunları, “Vətəni tanı” və “Fərdi Xəmsə” intellektual oyunlarında iştirak edib, şəhid leytenant Qabil Orucəliyevə həsr edilən sənədli filmi izləyib, STEAM təlimində də iştirak ediblər. “Gender bərabərliyi” və “Sosial şəbəkələrin cəmiyyətdəki rolu” mövzularında müzakirələr aparılıb, gənc­lərin nümayiş etdirdikləri yumoristik səhnəciklər izlənilib. Axşam saatlarında isə gənc skripkaçı, Naxçıvan Dövlət Filarmoniyasının solisti Cahangir Qurbanovun solo konserti olub. İştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Təlimlərdə fərqlənən gənclərə sertifikat, müsabiqə və yarışların qaliblərinə isə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

 

 

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri” proqramı çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası təmin olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilmişdir.

Ardını oxu...

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli qayğı ilə əhatə olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə müvafiq kateqoriyadan olan muxtar respublika sakinlərinin sosial şəraiti yaxşılaşdırılır, onların mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılır. Eyni zamanda Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası da davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması iyul ayında da diqqətdə saxlanılmış, bir sıra görüş, seminar, təlim və monitorinqlər keçirilmişdir.

Qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 8 qadının 392 manat dəyərində 9 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, nöqsan aşkarlanmamışdır. Ordubad rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü olan qadınlar üçün toxuculuq təlimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar olub.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin iclas zalında keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev, Təhsil Nazirliyi aparatının ümumtəhsil məktəbləri və liseylərlə iş şöbəsinin müdiri Abdulla Əsgərov, Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyevin çıxışları olub. Bildirilib ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu ailələrdən 22 nəfərin hər birinə 2 baş iribuynuzlu, 3 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 2 nəfərə odunkəsən və otbiçən aparat, 1 nəfərə miniyerşumlayan aqreqat, 1 nəfərə isə otbiçən aqreqat verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 12 nəfərini sağlamlıq imkanları məhdud olan şəxs, 6 nəfərini şəhid ailəsi, 1 nəfərini müharibə veteranı, 1 nəfərini isə ailə üzvündə qazi olan şəxslər təşkil edib. Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər bu mərhələdə həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona arpa-buğda qıran aqreqat verilib.

Ardını oxu...

Muxtar respublikamızın ahıl sakinlərinə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Xüsusən, sosial qayğıya ehiyacı olan ahıl vətəndaşların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ahıllar Evi”nin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının növbəti nümunəsidir.

Ardını oxu...

– Ay qonşu, evdə uşaqlardan eşitdim ki, nəticələr açıqlanıb, dedim öyrənim görüm oğlan imtahandan keçə bildimi?
– Diqqətin üçün sağ ol, qonşu, şükür, birinci imtahandan babat yazıb, görək ikincidə necə olacaq?
– Yaxşı olar, əsas odur ki, keçid balını üstələyib qəbul olsun, ixtisasın elə bir önəmi yoxdur.
– Hə, orası elədir, evdə atası da, mən də deyirəm ki, əsas diplomun olsun, ali təhsil aldınsa, bütün qapılar üzünə açıqdır...

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR