09 Aprel 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərdə xalça toxunması ənənəsini davam etdirmək məqsədilə təşkil olunan “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai iş davam etdirilir.
Bunun üçün Şərur, Babək, Ordubad, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 14 ailə xalça toxumaq üçün bütün avadanlıqlarla, o cümlədən digər lazımi alət və materiallarla təmin ediliblər.
Bu tədbir eyni zamanda Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsinə və təbliğinə, milli ənənələrimizin yaşadılmasına xidmət edir. Çünki Azərbaycan xalça sənətinin ənənəvi naxışlar və elementlər, özünəməxsus rəng çalarları ilə zənginləşdirilməsində Naxçıvan xalçaçılıq məktəbi mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, xalçaçılıq sənətinin incəliklərini öyrənmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edilib.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada görmə məhdudiyyəti olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, onlara audio kitabxana xidməti göstərilir, onlar üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur. Həmçinin bu kateqoriyadan olan şəxsləri muxtar respublikada baş verən yeniliklər və inkişaf barədə məlumatlandırmaq üçün “Könül işığı” adlı aylıq brayl jurnalının nəşri həyata keçirilir.

Ardını oxu...

Tibb işçiləri ilə xəstə arasında olan münasibətlər, tibb işçisinin nümunəvi davranışı xəstəliyin müalicəsində mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Uzunmüddətli həkimlik təcrübəmdən deyə bilərəm ki, elə ilk görüşdən xəstə ilə özü arasında qarşılıqlı səmimi münasibətlər yarada bilən tibb işçisi xəstələrin müalicəsində müvəffəqiyyət əldə edir. İxtisasından asılı olmayaraq, hər bir həkim həm də psixoloq olmağı bacarmalıdır. Çünki insanların öz sağlamlıqlarına münasibəti heç də eyni deyil. 

Ardını oxu...

Ölkədə həyata keçirilən iqtisadi tənzimləmə vasitələri arasında əhalinin məşğulluğunun təmin edilməsi mühüm əhəmiyyətli məsələlərdəndir. Məşğulluq kimi vacib bir sahədə də görülən işlər məhz davamlı inkişaf üçün əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədi güdür. Bu, peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və vərdişlərindən maksimum səmərə ilə istifadə olunması üçün dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sistemidir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məşğulluq tədbirləri də hər kəsin qabiliyyətindən, sahib olduğu iş qüvvəsindən səmərəli istifadəni qarşıya məqsəd qoyaraq bu istiqamətdə dövlətin yeritdiyi sosial siyasətdə mühüm yer tutur.

Ardını oxu...

Kəngərli rayonunun Çalxanqala kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, qadın və ailə anlayışına ölkəmizdə dövlət səviyyəsində həssaslıqla yanaşılır.

Ardını oxu...

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR