28 Fevral 2020, Cümə

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən 6-cı nağıl

Ötən həftəsonu idi. Ailəlikcə ata ocağına – Kəngərli rayonunun Yurdçu kəndinə gedirdik. Şəhərdən yenicə çıxmışdıq. Avtomobilimiz Əliabad qəsəbəsini keçib üzüyuxarı gedəndə qızım yolun sol tərəfindəki yaşıllıqların arasındakı rəngbərəng gülləri göstərərək – ordakı güllüklərə baxın (öz aləmində ayrı-ayrı gülləri nəzərdə tuturdu), – deyə hamımızı əmrinə tabe etdirdi. Qızımın özünəməxsus sevincinə şərik olandan sonra öz-özümə uca səslə, – bir vaxtlar buralar küllük idi, indi bunları görüb heyrətlənirsən, lap nağıl kimi gəlir adama, – dedim.
Oğlum nağıl sözünü eşitcək mənə tərəf çevrilib uzun-uzun mənalı-mənalı üzümə baxdı. O müddətdə artıq hər şeyi qərarlaşdırmışdıq. Bu gecə oğluma danışacağım nağıl bu barədə olacaqdı. Mənzil başına çatana kimi nağılın süjetini qurmuş, adını da düşünmüşdüm: “Küllüklər və güllüklər”.

Ardını oxu...

Dünyanın müxtəlif ölkələrində göbələklərdən istifadə xalqların adət və ənənələri ilə bağlı olmuşdur. Son 30-40 ildə yeməli göbələklərin öyrənilməsi və süni yolla artırılmasına maraq artmışdır. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələrin olduğu aşkar edilmişdir.

Yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Göbələklər fizioloji funksiyası, xarici görünüşü və ölçüsünə görə müxtəlifdirlər. Ayrı-ayrı göbələk qrupları arasındakı kəskin müxtəlifliyə baxmayaraq, onlarda oxşar əlamətlər çoxdur. Əsas əlamətlərdən biri budur ki, göbələklər heterotrofdurlar, yəni onlarda xlorofil olmadığı üçün yaşıl bitkilər kimi üzvi maddə hazırlaya bilmirlər. Ona görə də onlar üzvi maddələri yaşadıqları mühitdən parazit və ya saprofit yolla alırlar.
Aparılan tədqiqatların nəticələri göstərir ki, Naxçıvan diyarında göbələklərin yayılma arealı və istifadəsi XI əsrə təsadüf edir.

Ardını oxu...

Qədim adət-ənənələrimizdən biri olan qan qohumlarının nikaha girməsi uzun illər psixologiyamızda özünə dərin kök salıb. Adətən, belə izdivacların təşəbbüskarları valideynlər, həmçinin xalalar, bibilər, dayılar, əmilər olublar və olurlar. Şifahi xalq ədəbiyyatı nümunələrindən olan nağıllarımızda, dastanlarımızda, bayatılarımızda “əmioğlu ilə əmiqızının kəbini göydə mələklər tərəfindən kəsilib” fikrinə rast gəlirik. Keçmiş adətlərimizdən olan ikiqat qohumluğa güclü meylin olması uzun illər, əsasən də, Sovet hakimiyyəti illərində belə nikah aktlarının sayını ilbəil artırıb. Bəlkə də, bilərəkdən bu adət-ənənənin qarşısı alınmayıb. Bu izdivacdan dünyaya gələn əksər uşaqların fiziki sağlamlığında böyük problemlərin olduğu, yəqin ki, elm adamlarına bəlli olub. Amma buna baxmayaraq, bu qohumluq əlaqələrinə bu gün də cəmiyyətimizdə rast gəlinir.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinin həllinə yönəltmək məqsədilə 1993-cü ildə 15 mayın “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən hər il may ayının 15-i “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədlərindən biri də ailələrin rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün yeni iş yerləri açılmış, iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial pro­qramlar genişləndirilmiş, nəticə etibarilə, əhalinin sosial müdafiəsi daha da gücləndirilmişdir.
15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Üstüpü kəndində yaşayan çoxuşaqlı aztəminatlı Ələkbər Məmmədovun ailəsi ilə görüşün keçirilməsi ailənin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyırdı. Adıçəkilən qurumların əməkdaşları çox­uşaqlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvləri tibbi müayinədən keçirilərək onlara dərman preparatları və ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihәlәrini həyata keçirəcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondundan məlumat verilib. 19-25 may tarixlərində həyata keçiriləcək layihələr çərçivəsində nəzərdə tutulmuş təlimlər tələbə-gənclərin psixoloji sahələrdə maariflənməsi, gənclərin karyera seçiminin və hazırlığının düzgün aparılması, cəmiyyətdə özlərinə yer tapmaları məsələsinin və bu prosesdə qarşılaşa biləcəkləri psixoloji problemlərin həlli yollarının öyrədilməsi məqsədini daşıyır.
Sosial şəbəkələrdən düzgün istifadə edilməsi, Azərbaycan və Naxçıvan həqiqətlərinin sosial şəbəkələrdə işıqlandırılması və təbliği isə “Gənclərin aktivliyinə dəstək” layihəsinin əsas məqsədlərindən biridir. Tәlimlәrdә Naxçıvan Muxtar Respublikasında fәaliyyәt göstәrәn ali vә orta ixtisas tәhsili müәssisәlәrinin tәlәbәlәri iştirak edәcəklәr. Layihə çərçivəsində Bakı şəhərindən dəvət olunmuş mütəxəssis Qail Qasımov müxtəlif mövzularda seminarlar keçəcək. Naxçıvan Gənclər Mərkəzində təşkil olunacaq seminarlarda, ümumilikdə, 100 gəncin iştirakı nəzərdə tutulmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR