17 Noyabr 2019, Bazar

Uşaq dünyası! Görünüşdə sadə bir söz birləşməsidir. Məğzinə varanda isə hər kəs üçün dünyaya açılan qapının astanası, şəxsiyyət kimi formalaşdığımız, öz ideyalarımızı müəyyənləşdirdiyimiz zaman kəsiyi. Bu zaman kəsiyi elə bir çərçivə sistemində tarazlaşır ki, uşaq onu gözləyən həyata doğru addım-addım irəlilədikcə ağlına işıqsaçan düşüncələri onu zirvəyə – kamilliyə doğru aparır, müdrikliyə səsləyir. Ucaldığı müdrikliksə artıq insanın qocalığıdır. Filosoflardan biri yaşlıları “qocalmış uşaqlar” deyə xarakterizə edib. Bu müdrik qocalarsa dönüb geridə qoyduğu təcrübəsinə, əxlaqi-mənəvi dəyərləri özündə əks etdirən həyat yoluna baxanda “əsas olan bu qədər yaşamağım yox, sən demə, necə yaşamağım imiş”, – deyərək fərəh hissi keçiriblər. Bəli, bu cümləni biz həyatımız boyu əməllərimizin nəticəsi kimi qəbul edirik. Ya yaxşı, ya da pis. Məhz bu yaxşıya, yaxud da pisə doğru gedən yolun astanasıdır uşaq dünyası. 

Uşağa “istədiyin kimi yaşa, sən azad insansan” və yaxud “mən çox demokratik fikirli valideynəm, uşağımın sərbəstliyini əlindən almıram”, – deyərək onların tərbiyəsini başlı-başına buraxmaq uşağı mənəviyyatsızlıq bataqlığının çirkablarına atmaq kimidir. Burada isə tərbiyədən söhbət gedə bilməz. Valideyn insani münasibətlər təcrübəsini uşağa elə aşılamalıdır ki, uşaq cəmiyyətdəki yerini, həyatını dərk edərəkdən istəklərini təmin edə bilsin. Bu davranış qaydalarını aşılayan zaman valideyndə özünəinam hissinin olması vacib şərtdir. Əgər valideyn tərəddüd edib düşünürsə ki, “uşağın bu nöqsanını tərbiyə etmək çətindir, mən bunu bacara bilmərəm”, inanın, belə də olacaq, bacara bilməyəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. Kollegiya iclasını komitə sədri Ramilə Seyidova giriş sözü ilə açaraq 2012-ci ildə görülən işlər barədə danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2012-ci ilin əvvəllərində təsdiq edilən iş planına əsasən, ötən il əlamətdar və tarixi günlərin qeyd olunması diqqət mərkəzində saxlanılıb, ailə institutunun qorunması, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə gender bərabərliyinin təmin olunması, cəmiyyətdə qadınların rolunun artırılması, uşaqların hüquqlarının qorunması, onların ölkəmiz üçün layiqli vətəndaşlar kimi yetişdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib, müvafiq məlumat bazası yaradılıb.

Ardını oxu...

İqtisadi və sosial həyatın müxtəlif sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan bütün yeniliklər öz mahiyyəti etibarilə vətəndaşların rifahının yaxşılaşdırılmasına və bu sahədə dövrün tələbinə uyğun operativliyin təmin olunmasına xidmət edir. Əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edən sığorta-pensiya sahəsində də aparılan islahatlar, tətbiq olunan yeni proqramlar burada informasiya mübadiləsinin sürətləndirilməsinə, adamların vaxtına qənaət etməsinə, insan amilindən yaranan xətaların minimuma endirilməsinə əhəmiyyətli təsir göstərməkdədir. Muxtar respublikada bu sahədə tətbiq olunan yeniliklərlə oxucuları tanış etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları sektorunun müdiri İsmayıl Həsənovla həmsöhbət olduq:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ahılları bayramlar münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıblar.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikamızda ahıllara diqqət günü-gündən artır. Onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları istiqamətində keçirilən belə tədbirlər bu qəbildən olan insanlara qayğının ifadəsi kimi böyük əhəmiyyət daşıyır. Bayram günlərində ahılların ziyarət edilməsi isə artıq ənənə halını alıb.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda ahıllara bayram hədiyyələri təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mətbuat xidməti

Uşaqlar cəmiyyətimizin ən gözəl varlıqlarıdır. Onların təhsil alması, istedadlarının inkişaf etdirilməsi, eyni zamanda asudə vaxtlarının səmərəli və mənalı təşkili dövlətimizin əsas qayğılarındandır. Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə bayram şənliklərinin təşkili ənənə halını almışdır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə bayram şənliyi keçirilib.
Tədbirdə Şaxta babanın iştirakı uşaqların sevincinə səbəb olub. Balacaların rəqsləri və ifalarında səslənən şeirlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Sonda uşaqlara bayram hədiyyələri verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR