21 Noyabr 2019, Cümə axşamı

İlk söz və ya Danyeri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  yaradılıb

     Bu kəndə ilk dəfə yolum yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilərkən düşmüşdü. Naxçıvan-Sədərək magistral yolunun sağında yerləşən bu kənd haqqında çox az məlumatım var idi. Bilirdim ki, 1969-cu ilə qədər Danyerinin ərazisində yaşayış olmayıb. “Sovxozkənd” adlanan bu ünvandan sovxoz torpaqları kimi və həm də heyvandarlığın inkişafı məqsədilə istifadə edilib. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində Arpaçay Su Anbarının tikintisi ilə əlaqədar olaraq, bu böyük layihənin həyata keçiriləcəyi ərazidəki kəndin sakinləri indiki Danyerinə köçürülüb. Qısa müddət ərzində müasirtipli layihə əsasında burada kənd salınıb, dövlət tərəfindən kənd adamlarına pulsuz olaraq 150 fərdi yaşayış evi tikilib. Yaşayış məntəqəsi “Yenikənd” adlandırılıb. Burada sosial obyektlər inşa olunaraq kənd adamlarının istifadəsinə verilib. Müstəqillik illərində kəndə göstərilən diqqət və qayğı daha da artırılıb, Danyeri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, istifadəyə verilən yeni istehsal və emal müəssisələri, günü-gündən genişlənən xidmət sahələri ixtisaslı kadrlara olan tələbatı daha da artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Regional Peşə Tədris Mərkəzi də bu zərurətdən irəli gəlmişdir.

            İşaxtaran və işsiz vətəndaşların rəqabətədavamlı peşə və ixtisaslara yiyələnməsi, habelə müasir tələblərə cavab verən peşələr  üzrə hazırlıq işinin təşkili onların münasib işlə təmin edilməsində mühüm rol oynayır. Mərkəzdə Məşğulluq Xidməti orqanları tərəfindən göndərilən işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələbinə uyğun peşələrə yiyələnməsi, ixtisaslarının artırılması, eyni zamanda fərdi məşğulluğunun təmin edilməsi məqsədilə peşə hazırlığı kursları təşkil olunur. Peşə kurslarının təşkilində müdavimlər seçilərək qruplaşdırılır, işaxtaranların yeni peşələrə yiyələnməsi üçün onların əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meyilləri, bacarıq və vərdişləri nəzərə alınır.

            Mərkəzdə müdavimlərin zəruri biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılmış, elektron lövhə, sürətli internet, kompyuter sinifləri, kitabxana və emalatxanalar müdavimlərin istifadəsinə verilmişdir.

Ardını oxu...

Muxtar respublikada bu kateqoriyadan olan insanlara hərtərəfli dövlət qayğısı göstərilir

   Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 14 oktyabr 1992-ci il tarixli qərarı ilə hər il 3 dekabr dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. 

            Dövlətimiz tərəfindən bu kateqoriyadan olan şəxslərə daim diqqət və qayğı göstərilir, onlara ictimai həyatın bütün sahələrində iştirak etmək imkanları yaradılır. Əlillərin sosial, iqtisadi, hüquqi təminatlarına xidmət edən “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu diqqət və qayğının daha bir nümunəsidir.

            Əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin sayı artmaqdadır. Belə ki, onların sosial müdafiəsinin daha etibarlı təmin edilməsi məqsədi ilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və sosial müavinətlərin məbləği artırılır, onların sağlamlığı qorunur. 

            Dinamik inkişaf mərhələsini yaşayan muxtar respublikamızda əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi,

Ardını oxu...

Uşaqların normal inkişafını əngəlləyən amillərdən biri də kompyuterdən həddən artıq istifadə olunmasıdır. Vaxtının böyük hissəsini sosial şəbəkələrə və kompyuter oyunlarına sərf edən uşaq və yeniyetmələrin özünə qapalı, inam hissi az, ünsiyyətqurma imkanları zəif olduqları sübut edilmişdir. Asılılıq nəticəsində virtual aləmdən uzaqlaşmaq istəməyən uşaq kompyuterdən asılı fərdə çevrilir, həmyaşıdlarından, ailəsindən uzaqlaşır, cəmiyyətə uyğunlaşması getdikcə çətinləşir. Bu və ya digər halları aradan qaldırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2012-ci il üçün iş planı təsdiq edilmişdir. Plana uyğun olaraq, komissiya üzvləri Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı ilə birgə Naxçıvan şəhərində yerləşən 20 internet klubunda monitorinqlər keçirmiş, klub sahibləri və yetkinlik yaşına çatmayan uşaqlarla maarifləndirici söhbətlər aparılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın cari ilin əvvəlində təsdiq olunmuş iş planına uyğun olaraq, il boyu hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 94 uşağın yaşadıqları ailələrdə monitorinqlər keçirilmişdir. Komissiya üzvlərinin və müvafiq rayon (şəhər) İcra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya əməkdaşlarının iştirakı ilə keçirilən monitorinqlərdə uşaqların yaşayış vəziyyətləri, sağlamlıqları, təhsilləri ilə maraqlanılmış, ehtiyaclarının ödənilməsinə köməklik göstərilmiş, onlar haqqında məlumat bazası yaradılmışdır. Uşaqların təhsil aldıqları məktəblərdən əlavə dərnəklərə cəlb olunması və qanunvericiliklə valideynlərinin mülkiyyətində olmuş əmlakların üzərində onların da vərəsəlik hüququna malik olmaları ilə əlaqədar müvafiq orqanlara tapşırıqlar verilmiş, işsiz olan himayəçi və qəyyumların işlə təmin olunmaları məqsədilə müvafiq təşkilatlara bildirilmişdir.

 Qeyd edək ki, müvafiq monitorinqlər bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil 13 uşağın ailəsində də keçirilmişdir.

 Bu istiqamətdə görülən işlər davam etdirilir.

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR