29 Yanvar 2020, Çərşənbə

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dövlətin iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyduğu hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır.
Bu proseslərdə özünəməxsus yeri olan muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər, qəbul olunmuş dövlət proqramlarının müvəffəqiyyətli icrası iqtisadi və sosial sahədə davamlı inkişafı təmin etmişdir. Əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan genişmiqyaslı proqram əsasında Azərbaycan Mikro­maliyyə Assosiasiyası tərəfindən reallaşdırılan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib.

Ardını oxu...

Qədim və müasir dövr həm də ona görə bir-birinə bağlıdır ki, informasiya almaq və yaymaq zərurəti hər iki dövrdə mövcud olub və indi bu proses yeni imkanlar hesabına daha da güclənərək inkişaf edir. Bunun əsas səbəblərindən biri insanların daim informasiya axtarışında olmalarıdır. Onlar mövcud informasiyanı əvvəlcə axtarır, toplayır, hazırlayır sonra yayırlar. İnformasiyanın izah və şərhi insanları bu və ya digər formada bilgiləndirir. Bəzən verilən informasiya kontekstdən kənarlaşdırılır, başqa məqsədlərə xidmət edir ki, bu da informasiyanın təhlükəsizlik anlayışını ortaya çıxarır.

Ardını oxu...

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının növbəti mərhələsi çərçivəsində Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə, ümumilikdə, 12 nəfərə yanında balası olan iribuynuzlu, 5 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan, 1 nəfərə dülgər alətləri, 1 nəfərə isə dərzi avadanlıqları və ləvazimatları verilib.

Ardını oxu...

Bu gün diyarımızda bəzi həyətlərə daxil olarkən ağacların yarpaqsız budaqlarındakı qızıl payızın ərməğanı olan xurmalar diqqətimizi cəlb edir. Artıq bu meyvənin muxtar respublikamızda da yetişdirilməsinə başlanılıb. Bağlar diyarı olan Ordubad rayonunun bəzi kəndlərində bu meyvəyə daha çox rast gəlirik. Rayon sakini Sadiq Əliyev də xurma yetişdirən təsərrüfatçılardandır. Həyətyanı sahəsində xeyli sayda xurma ağacı olan müsahibim bu meyvənin xüsusiyyətləri və becərilməsi haqqında deyir ki, rayonun münbit iqlim şəraiti onu yetişdirməyə imkan verir. 

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR