29 Yanvar 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən fövqəladə hallara hazırlıq işləri oktyabr ayında da davam etdirilib, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələr icra olunub. 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhərində, Şərur, Sədərək və Culfa rayonlarında fəaliyyət göstərən müəssisə və təşkilatların fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb, qazla iş rejiminə keçirilmiş 757 qazanxanaya baxış keçirilərək suqızdırıcı qazanların, qaz boru xətlərinin, nəzarət-ölçü cihazlarının işləkliyinə  nəzarət olunub. 221 müdavim peşə tədrisi məktəblərində ocaqçı-maşinist ixtisası üzrə kurslara cəlb edilib.

Muxtar respublikada standarta uyğun olmayan qaz və elektrik qızdırıcı cihazlarının istismarının qarşısının alınması məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə 87 ticarət obyektinə baxış keçirilib, təhlükəsizlik qurğusu olmayan məişət qaz cihazları aşkarlanaraq satışı dayandırılıb.

Ardını oxu...

Payızın qışı müjdələyən sazaqlı günlərindən birində səhər saatlarında şəhərin mənim üçün yaxşı tanış olan səmtinə, “Elit-57” Alış-Veriş Mərkəzinə tərəf yolum düşür. İş günü olmadığından, necə deyərlər, arxayın gəzir, yaşı minilliklərə söykənən qədim şəhərimin hüsnünə, son onilliklərin bəhrələrinə, abad küçələrə tamaşa edə-edə rəngarəng işıqlı vitrinləri olan mağazaların, günəşin ilıq şüalarının pəncərələrini ayna kimi par-par parıldatdığı binaların önündən keçirəm. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası oktyabr ayında da diqqətdə saxlanılmış, tədbir, monitorinq və sərgi-satışların keçirilməsi davam etdirilmişdir.

Ardını oxu...

20 noyabr – Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

Ardını oxu...

Havaların soyuması ilə əlaqədar olaraq muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilməməsi səbəbindən bir çox hallarda xoşa­gəlməz hadisələr baş verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha diqqətə çatdırır, aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını vacib hesab edir.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR