26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda Naxçıvan şəhərində fəaliyyət göstərən sığortaedən və sığortaolunanların iştirakı ilə “Sığorta-pensiya sisteminin mahiyyəti və könüllü sosial sığortanın əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

            Tədbirdə sığorta-pensiya sistemindəki islahatlardan danışan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri Rəhman Məmmədov bildirmişdir ki, fərdi uçot sistemi ilə əlaqədar bütün işləyən vətəndaşların sığortaolunan kimi fondda fərdi uçot sistemində qeydiyyatı aparılmış, fərdi şəxsi hesab açılaraq onlara sosial sığorta şəhadətnaməsi verilmişdir. Sığortaolunanların ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesablarına işlənilir ki, bu da gələcəkdə vətəndaşları baş verə biləcək sığorta hadisələrindən sığortalamış olur. Sığortaolunanın fərdi şəxsi hesabında olan pensiya kapitalı onun bilavasitə pensiyasının məbləğinə təsir göstərir. Bu vəsait nə qədər çox olarsa, sığortaolunanın pensiyasının məbləği də bir o qədər çox olacaqdır.

Məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və əhəmiyyəti, sığortaolunanların fərdi uçotunun təşkili və əhəmiyyəti, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının şöbə müdirləri Yaşar Məmmədov, Zaur Qasımlı və aparıcı məsləhətçisi Həbib Rzayev tədbir iştirakçılarına geniş məlumat vermişlər. Qeyd olunmuşdur ki,  işləyən hər bir vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün rəsmiləşdirilməsinə nail olmalı, bunu işəgötürəndən tələb etməlidir. Həmçinin onun əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını təmin etməlidirlər.    

            Tədbirdə könüllü sığortanın əhəmiyyəti barədə də yığıncaq iştirakçılarına məlumat verilmişdir. Bildirilmişdir ki, bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada da əlavə sığorta haqqı ödəməklə sığorta oluna bilərlər. Bu da həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcəkdir.

            Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin müdiri Həmzə Muradov Naxçıvan şəhərində sığorta-pensiya sistemi liə əlaqədar görülən işlərdən danışmışdır.

            Tədbirin sonunda fond tərəfindən Naxçıvan şəhərində yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi verilmişdir.

                      Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

 

 

 

 

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065971
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3
4574
8904
117302
3065971

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter