15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İlk söz və ya Danyeri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  yaradılıb

     Bu kəndə ilk dəfə yolum yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilərkən düşmüşdü. Naxçıvan-Sədərək magistral yolunun sağında yerləşən bu kənd haqqında çox az məlumatım var idi. Bilirdim ki, 1969-cu ilə qədər Danyerinin ərazisində yaşayış olmayıb. “Sovxozkənd” adlanan bu ünvandan sovxoz torpaqları kimi və həm də heyvandarlığın inkişafı məqsədilə istifadə edilib. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində Arpaçay Su Anbarının tikintisi ilə əlaqədar olaraq, bu böyük layihənin həyata keçiriləcəyi ərazidəki kəndin sakinləri indiki Danyerinə köçürülüb. Qısa müddət ərzində müasirtipli layihə əsasında burada kənd salınıb, dövlət tərəfindən kənd adamlarına pulsuz olaraq 150 fərdi yaşayış evi tikilib. Yaşayış məntəqəsi “Yenikənd” adlandırılıb. Burada sosial obyektlər inşa olunaraq kənd adamlarının istifadəsinə verilib. Müstəqillik illərində kəndə göstərilən diqqət və qayğı daha da artırılıb, Danyeri yeni inkişaf mərhələsinə qədəm qoyub.

    2012-ci il Danyeri sakinlərinin yaddaşında əbədi yaşayacaq tarixə dönüb. Noyabr ayının 27-də kənddə yeni sosial obyektlər istifadəyə verilib. Məktəb binası ilə kənd mərkəzinin arasında Danyerinin şəhid oğlu Məmməd Məmməd­ovun büstü ucaldılıb. Kənd məscidinin təmiri də kompleks qurucu­luq tədbirləri çərçivəsində həyata keçirilib. Kəndarası yol da yenidən qurulub. Müasir standartlar səviyyəsində yenidən qurulan yolun uzunluğu 3,6 kilometrə, asfalt örtüyünün eni 7,2 metrə çatdırılıb. Yol boyu 237 su keçidi qoyulub. Əsas yola birləşən əlavə yollar da yenidən qurulub, yol kənarları boyu 250 metr uzunluğunda hasar çəkilib. Rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə kənddə 1000 metr fiberoptik və 2000 metr yeraltı kabel xətti çəkilib. Elektrik xətlərində təmir işləri aparılıb, 900 metr elektrik xətti yenilənib, transformator yarımstansiyası quraşdırılıb, yeni obyektlərə 450 metr uzunluğunda qaz xətti çəkilib. Bütün bunlar – dörd mərtəbədən ibarət 414 şagird yerlik məktəb binası, xəstəxanatipli 2 mərtəbədən ibarət həkim ambulatoriyası, ikimərtəbəli kənd mərkəzi, xidmət mərkəzi və digər quruculuq tədbirləri muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin konkret bir ünvanda təzahürü kimi bu yaşayış məntəqəsi sakinlərinin böyük sevincinə səbəb olub.

Yeni sosial obyektlər müasir tələblərə cavab verir

     Əvvəlcə yaşayış məntəqəsinin simasını əsaslı surətdə dəyişən obyektlərə baş çəkmək istədik. İstədik ki, kənd adamlarının bu quruculuq tədbirlərinə münasibətlərini öyrənək. Yolumuzu ilk olaraq kənd mərkəzindən saldıq.
     Müasir standartlara uyğun inşa edilən kənd mərkəzinin birinci mərtəbəsində 9 mindən artıq kitab fondu olan kitabxana, polis sahə məntəqəsi və rabitə evi yerləşir. Rabitə evində 480 nömrəlik avtomat telefon stansiyası quraşdırılıb. Bu stansiyadan hazırda Danyeri və Yeni Havuş kəndlərində yaşayan 364 abonent istifadə edir. Avtomat telefon stansiyası Yeni Nəsil Texnologiyalarına əsaslanır. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP tele­viziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərməyə imkan verib.
     Mərkəzin birinci mərtəbəsində baytarlıq məntəqəsi də yaradılıb. İnzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi binanın ikinci mərtəbəsində yerləşir. Bu təşkilatlarda çalışanların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binada 42 yerlik tədbirlər zalı istifadəyə verilib. Burada görüşdüyümüz kənd ziyalısı Məhəmməd Axundov yaşayış məntəqəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndirdi. Bildirdi ki, insana qayğının ifadəsi olan belə tədbirlərin sayı artdıqca naxçıvanlıların qurub-yaratmaq əzmi də yüksəlir. Biz də dərindən başa düşürük ki, blokada şəraitində yaşayan bir regionda bu həcmdə işlərin görülməsi böyük təşəbbüskarlıq istəyir. Bunun nəticəsidir ki, muxtar respublikanın rayon mərkəzləri, kənd yaşayış məntəqələri günü-gündən simasını dəyişir. Bu gün Danyeri qəsəbə timsallı kəndə çevrilib.
     Kənd tam orta məktəbinin binası önündə qələbəliklə rastlaşdıq. Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhəmməd Mirzəyev bildirdi ki, bu gün məktəbdə ümummilli liderimizin anım günü münasibətilə tədbir hazırlanıb. Tədbirə valideynlər də dəvət olunublar. Biz də tədbirdə iştirak etdik. Müəllimlərin, valideynlərin, məktəblilərin ürək sözlərini dinlədik. Müstəqil Azərbaycanımızın qurucusu və memarı olan, hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldan ümummilli liderimizə hörmət və ehtiramın bir daha şahidi olduq. Məktəbin müəllimi Vəli Qasımovun dediyi sözlər isə hamının ürəyindən xəbər verdi:
     –  Bu gün kəndimizdə qurulanlar, yaradılanlar dahi rəhbərimizin siyasətinə sadiqliyin ifadəsidir. Bu siyasət hesabına ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Danyeri kəndinin timsalında da bunu görmək olar.
     Məktəbin direktoru Əli Həsən­ovla söhbətdə öyrəndik ki, bu gün təhsil ocağında 249 şagirdin təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Məktəbin ötənilki nəticələri uğurludur. Ötən tədris ilində məktəbi 17 məzun bitirib. Onların 10 nəfəri ali məktəbə qəbul olunub. Doqquzillik təhsil bazasından bir nəfər Musiqi Kollecində təhsil almaq imkanı qazanıb. İki nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Kursantlardan biri qəbul imtahanlarında yüksək bal topladığı üçün təhsilini Türkiyə Respublikasında davam etdirir.
     İndi isə yolumuz həkim ambulatoriyasınadır. Hərtərəfli iş şəraiti yaradılmış bu binada 16 otaq, o cümlədən stomatoloji kabinə, palata, doğuş, peyvənd, aptek, manipulyasiya otaqları və laboratoriya yerləşir. Lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunan xəstəxanatipli həkim ambulatoriyasında 9 tibb işçisi çalışır.

Kəndin təsərrüfat həyatı

     Danyeri kiçik kənd deyil. Burada 3000-dən çox sakin yaşayır. Kənd adamları 823 təsərrüfatda birləşiblər. Onların ixtiyarında 364 hektar əkinəyararlı torpaq sahəsi var. Bütün bunlar barədə məlumat verən Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhəmməd Mirzəyev yaşayış məntəqəsi sakinlərinin son illər təsərrüfatın müxtəlif sahələrində qazandıqları uğurlardan danışdı. Öyrəndik ki, təkcə 2012-ci ildə təsərrüfatın müxtəlif sahələrini inkişaf etdirmək məqsədilə 183 nəfərə 182 min manat kredit verilib. Kreditlərdən təyinatı üzrə istifadə olunması diqqət mərkəzində saxlanılıb. Təsərrüfatın müxtəlif sahələrində qazanılan uğurlarda müxtəlif dövlət yardımlarının böyük rolu olub. Belə ki, ötən ilin payızında kənd adamları 80 hektar sahədə taxıl əkini keçirib, mövsümü uğurla başa vurublar. Hektarın orta məhsuldarlığı 32 sentnerə çatdırılıb. Əldə olunan yüksək nəticə kənd adamlarını ruhlandırıb, onlar gələn ilin bol məhsulunun əsasını qoymaq üçün havaların əlverişli keçməsindən səmərəli istifadə edirlər. Bu günədək 90 hektar sahədə taxıl əkilib. Danyerində əkinçiliyin digər sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. Kənddə xüsusilə kartofçuluqda zəngin təcrübə qazanılıb. Bu sözləri təsərrüfatın digər sahələrinə də aid etmək olar.
     Mövcud imkanlar – təbii-coğrafi şərait və davamlı dövlət qayğısı kənddə meyvəçiliyin inkişafına hərtərəfli şərait yaradıb. Bu imkanlardan səmərəli istifadə edən Danyeri sakinləri bu sahədə də uğurlu nəticələrə nail olurlar. Ötən illərdə xeyli bağ sahəsi salınıb. Həyətyanı təsərrüfatlarda və pay torpaqlarında ilbəil bağ və üzüm sahələri genişləndirilir.
     Əkinçilik üçün ən vacib şərtlərdən biri olan suvarma suyuna tələbatın hansı imkanlar hesabına ödənilməsi ilə də maraqlandıq. İcra nümayəndəsi bildirdi ki, Arpaçay Su Anbarının sağ sahil kanalı bu sahədə olan çətinliyi tamamilə aradan qaldırıb. Üstəgəl ki, kənddə 30-a yaxın artezian quyusu var. Bu quyuların suyundan həm də içməli su kimi istifadə olunur.

Sahibkarlıq inkişaf etdirilir

     Muxtar respublikada sa­hibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin bəhrələrini Danyerində də görmək olar. Bu gün kənddə çörəkbişirmə sexi, 250 tonluq soyuducu anbar fəaliyyət göstərir. Həmin müəssisələrin rəhbəri Ramiz Həsən­ov deyir ki, əvvəllər müəyyən çətinliklərlə rastlaşsaq da, ruhdan düşmədik. Aid təşkilatlar normal fəaliyyətimiz üçün bizə hərtərəfli kömək etdilər. Dövlətdən kredit götürdük. Bu gün nəyə nail olmuşuqsa, onu dövlətimizə borcluyuq. Kənd sakini Musa Novruzov da sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, 500 baş xırdabuynuzlu, 200 baş iribuynuzlu heyvan saxlayır. Bir neçə kənd adamını ətrafına toplayaraq fermer təsərrüfatı yaradıb. Hər il satışa tonlarla təzə ət, süd və süd məhsulları çıxarır. Deyir ki, təsərrüfatını bir qədər də genişləndirmək fikrindədir. Çünki kifayət qədər örüş və biçənək sahəsi var. Qüvvəli yem ehtiyatı əldə etməkdə heç bir çətinlik yoxdur. Odur ki, bu sahəyə kənd adamlarının marağının getdikcə artmasını təbii sayır.

    Bütün bunlar sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuş muxtar respublikanın daha bir kənd yaşayış məntəqəsinin bugünkü simasıdır. Qəsəbə timsallı bu kəndə üz tutan hər bir kəs burada özünü ən müasir yaşayış məskənində hiss edir. Qurulanların, yaradılanların Danyerinə gətirdiyi gözəlliklər qədim diyarın bugünkü real mənzərəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənddəki sosial obyektlərin açılış mərasimində dediyi kimi: “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sürətli sosial-iqtisadi yüksəliş xətti bugünkü inkişafın əsas hərəkətverici qüvvəsidir. Ümummilli liderimizin yolunun uğurla davam etdirilməsi bu gün ölkəmizə firavanlıq və iqtisadi tərəqqi gətirmişdir... Bu gün Danyeri muxtar respublikanın abad kəndlərinin sırasına daxil olur. Kənddə həyata keçirilən quruculuq tədbirləri muxtar respublikada kənd yaşayış məntəqələrinin inkişafına, müasirləşməsinə göstərilən dövlət qayğısının daha bir nümunəsidir”.

Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276411
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1853
4179
14180
61057
3276411

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter