Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.

 Müdafiə Nazirliyindən bildiriblər ki, şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir.

Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.