14 Avqust 2020, Cümə

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən uğurlu sosial-ekoloji siyasət ötən ay da davam etdrilimişdir..

Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 7 yoxlama-reyd keçirilmiş, 1 inzibati xəta qeydə alınaraq qanunauyğun tədbir görülmüşdür. Ay ərzində Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Şahbuz və Culfa rayonlarının 30-dan çox yaşayış məntəqəsi ərazisində ekoloji monitorinqlər aparılmış, müəyyən çatışmazlıqlar aşkar edilərək aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında iyun ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından hər birindən 6 su nümunəsi olmaqla, ümumilikdə, 18 su nümunəsi götürülmüş və 270 analiz aparılmışdır. Aparılan analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Muxtar respublika ərazisində ekoloji tarazlığın saxlanması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmış, hesabat dövründə Naxçıvan Sement Zavodunun ətrafında salınmış püstə bağında 15 hektar sahədə şum aparılmış, 33 hektar sahədə ot biçilərək aqrotexniki qaydada qulluq göstərilmişdir. Ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilmişdir. Hesabat ayında ilin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq toxum tədarükünə başlanılmış, 20 kiloqram tut, 100 kiloqram ərik toxumu tədarük olunmuşdur. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir.
Muxtar respublika ərazisində meteroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir. Ərəzin sahəsində aparılacaq mövsümi işlərə hazırlıq başa çatdırılaraq çöl işlərinə başlanılmışdır. Keçilmiş yerüstü dağ qazmalarından 25 şırım sınağı götürülmüşdür.
Hesabat ayında iməciliklər yolu ilə salınmış meyvə bağlarından toplanmış 3 min 660 kiloqram müxtəlif meyvələr hərbi hissələrə təhvil verilmişdir. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Şahbuz rayonunun Batabat ərazisində yaylaq mövsümü ilə əlaqədar məskunlaşmış fermerlərlə də ötən ay fərdi görüş keçirilmiş və yaylaqdan istifadə qaydaları haqqında maarifləndirici söhbət aparılmışdır.
Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair müvafiq sərəncamın icrası məqsədilə nazirliyə hamiliyə verilmiş ixtisasların tələbələri və ekologiya könüllülərinin iştirakı ilə onlayn bağlantı qurularaq 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı geniş məlumat verilmiş və onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış, problemlər, faktlar və təkliflər” mövzusunda onlayn Respublika Elmi Konfransı keçirilmişdir. Onlayn görüşlərin keçirilməsi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR