24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının bütün sahələrdə əldə etdiyi uğurlar Heydər Əliyev dühasının bəhrəsidir. Məhz ulu öndərimizin müdrikliyi, zəngin təcrübəsi və gərgin əməyi sayəsində bütün sahələrdə həyata keçirilən tədbirlər uğurlu olmuş, nəticədə, ölkə iqtisadiyyatında davamlı və uzunmüddətli inkişaf təmin  edilmişdir. Sığorta-pensiya sistemində mövcud vəziyyətə diqqət yetirsək, görərik ki, bu sahədə də uğurlu və məqsədyönlü islahatlar aparılmış, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqənin həyat səviyyəsi yaxşılaşdırılmışdır.

Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 8 fərman və sərəncam imzalanmış, əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği bu illər ərzində 8 dəfə artmışdır. Pensiya və müavinətlərin orta aylıq məbləğinin orta aylıq əməkhaqqına olan nisbəti 1998-ci ildəki 24,7 faizdən 2003-cü ildə 31 faizə yüksəlmişdir.
Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təyinatı sisteminin idarə olunmasını təkmilləşdirmək məqsədilə ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın təsdiq edilməsi respublikamızda ardıcıl surətdə pensiya islahatının aparılması və pensiya təminatı sisteminin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində yeni siyasi xəttin qəbul edilməsini müəyyən etmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin pensiya islahatı konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Həyata keçirilən islahatlar pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması, məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir.

Konsepsiyanın reallaşdırılması ilə əlaqədar müəyyən yaş həddinə qədər çalışmaqla zəruri sığorta stajı toplayaraq pensiyaya çıxanlar (əmək pensiyaçıları) və yetərli staja malik olmadan yaş həddiylə bağlı əmək qabiliyyətini itirənlər (sosial pensiyaçılar) olmaqla, sosial müdafiə sistemi iki yerə ayrılmışdır. Bunun nəticəsində əhaliyə sosial yardımlar sistemi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəsinə verilməklə sığorta-pensiya sistemi sərbəst fəaliyyət göstərməyə başlamışdır. 
Konsepsiyanın icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması baxımından ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 26 dekabr 2001-ci il tarixli Fərmanla ölkədə sığorta-pensiya sistemində fərdi uçotun əsası qoyulmuş, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişikliklər edilərək ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 mart tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı ilə 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minən müvafiq qanun beynəlxalq təcrübədə özünü doğrultmuş prinsiplərə adekvatlığı ilə yanaşı, təkmil sığorta-pensiya sisteminin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən pensiya islahatı konsepsiyasının uğurlu nəticələrindən biri kimi dəyərləndirmək olar.
Qəbul edilmiş yeni qanun bilavasitə vətəndaşların əmək fəaliyyətinə başlayandan fəaliyyətini dayandırana qədər özlərinə yaratmış olduqları pensiya təminatı hüququna əsaslanır. Müvafiq qanunvericiliyin tələbləri əsasında işləyən vətəndaşın Dövlət Sosial Müdafiə Fondunda onun adına açılmış fərdi hesabında qeydə alınan vəsait (pensiya kapitalı) həmin vətəndaşın pensiyasının maliyyə mənbəyini təşkil edir. Bu vəsaitin məbləği işləyən vətəndaşın – sığortaolunanın əmək pensiyasının məbləğinin çox, yaxud da az olmasını şərtləndirən əsas amil olduğundan sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəmələrinə maraqlarını artırmaqdadır.
Konsepsiyanın uğurla reallaşdırılması baza, sığorta və yığım hissədən ibarət olan pensiya sistemini formalaşdırmışdır. Əmək pensiyalarının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır. Əmək pensiyalarının baza hissəsinin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı il 1 yanvar tarixdən 25 manat müəyyən edilmiş və yaşa görə əmək pensiyalarının baza hissəsinin artı­rılması haqqında çoxsaylı sərəncamlarla bu məbləğ artırılmışdır.
Hazırda qeyd olunan məbləğ 85 manat təşkil edir ki, bu da 2006-cı il 1 yanvar tarixdə olan müvafiq məbləğdən 3,4 dəfə çoxdur.
Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2010-cu il üzrə səviyyəsinə uyğun 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2011-ci il üzrə səviyyəsinə uyğun 7,9 faizlik artım tətbiq edilmişdir.
Əmək pensiyalarının baza və sığorta hissələrinin artırılması haqqında imzalanan müvafiq sərəncamlar əmək pensiyaçılarının 98,5 faizinə şamil edilir ki, bu da sığorta-pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlı aparılan dəyişikliklərin uğurlu nəticəsindən xəbər verir. Əmək pensiyaçılarının 1,5 faizinin pensiyalarının artırılması isə əməkhaqlarının artırılması ilə tənzimlənir.
Naxçıvan Muxtar Respublikası rəhbərinin sosial sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ümummilli liderimizin pensiya islahatı konsepsiyasında nəzərdə tutulan tədbirlər muxtar respublikamızda uğurla həyata keçirilmişdir. Muxtar respublikamızda bütün işləyən vətəndaşların fərdi uçot sistemində qeydiyyatı aparılmış, onlara Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda fərdi şəxsi hesablar açılmış, fərdi məlumatların həmin fərdi şəxsi hesablara işlənilməsi təmin edilmiş, əmək pensiyaçılarının pensiyalarına edilən artımların qısa müddətdə icrası təmin olunmuşdur.
Hazırda isə muxtar respublikamızda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na əsasən, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədilə ardıcıl surətdə tədbirlər həyata keçirilir.
Bu məqsədlə 2006-2011-ci illər üzrə sığortaolunanlar haqqında fərdi uçot məlumatlarının onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənilməsi təmin edilmişdir. 2012-ci ilin fevral ayından isə sığortaolunanların 2006-cı il 1 yanvar tarixədək bütün əmək fəaliyyəti dövrlərinin onların fərdi şəxsi hesablarına işlənilməsi prosesinə başlanılmış və bu iş artıq yekunlaşmaq üzrədir.
Sığortaolunanların sığorta stajlarının toplanılması onların əmək kitabçalarında əks olunan məlumatlar əsasında aparılmışdır. Sığortaolunanın əmək kitabçasına əsasən, əmək fəaliyyəti barədə məlumatlar xüsusi hazırlanmış proqram təminatına işlənilmiş və həmin müddətlər vətəndaşın fərdi şəxsi hesabında sığorta stajı kimi öz əksini tapmışdır. Avtomatlaşdırılmış pensiya təyinatı sistemində insan amili aradan qaldırılır, sığortaolunanlar bəzi sənədlər hazırlamaqdan azad olur və əmək pensiyasının məbləği xüsusi pro­qram vasitəsilə qısa müddətdə hesablanaraq sığortaolunana təqdim edilir. Eyni zamanda sığortaolunan internet vasitəsilə əmək pensiyasının məbləğini qabaqcadan hesablamaq imkanı əldə edir. Bütün bunlar isə ulu öndərimiz Heydər Əliyevin pensiya islahatı konsepsiyasının reallaşdırılmasının uğurlu nəticələridir.

Sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının, eləcə də onun icrası sahəsində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi sosial siyasətin nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir.


Rəhman MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058286
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1219
4261
1219
109617
3058286

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter