15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ağbulaq İstirahət Mərkəzində bir gün

 

Dünya əhəmiyyətli tarixi abidələrə, füsunkar təbiətə, müasir infrastruktura malik olan muxtar respublikamızda turizm potensialının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə kənd turizminin inkişafına da xüsusi önəm verilir. Ağbulaq İstirahət Mərkəzi bu baxımdan daha çox diqqəti cəlb edir.
2016-cı il aprel ayının 2-dən muxtar respublika məktəblilərinin, ali təhsil müəssisələrinin təhsildə və ictimai işlərdə fərqlənən tələbələrinin, sağlamlıq imkanları məhdud uşaqların, idmançı gənclərin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri, həmçinin burada “Yay məktəbi”nin təşkili uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahətləri muxtar respublikamızın dilbər guşəsi ilə tanışlıqları baxımından əhəmiyyətlidir.
İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Naxçıvan Dövlət Universitetinin, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə Naxçıvan Dövlət Universitetinin 50-dək fəal tələbəsi bu imkandan yararlanıb. Həmin gün tələbələr səhər saat 9-da Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüblər.

“Yay məktəbi”nin növbəti iştirakçıları ilk olaraq turizm mərkəzi ilə tanış olublar. Nahardan sonra tələbələr proqrama uyğun olaraq stolüstü idman oyunlarında iştirak ediblər. Oxunması zəruri olan kitablarla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyun maraqlı anlarla yadda qalıb. Tələbələrin verilən sualları doğru cavablandırmaları onların oxunması zəruri olan kitabları maraqla mütaliə etdiklərini göstərib.
Axşam isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.
İyulun 15-16-da da müxtəlif idman oyunları, konsert proqramları, Vətənə, xalqa, dövlətçiliyə bağlılıq aşılayan filmlər nümayiş etdirilib, tələbələrin Ağbulaq kəndinin ərazisinə gəzintiləri təşkil olunub, “Xəmsə” milli intellektual oyunları keçirilib, diskussiyalar aparılıb. Bütün bunlar tələbələrdə xoş ovqat yaradıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli ilə söhbətimizdə o, “Yay məktəbi”nin təşkilinin əhəmiyyətini qeyd edərək deyir ki, tələbələr burada asudə vaxtlarını ­səmərəli keçirirlər. Təşkil olunan tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşlərinin zənginləşdirilməsində, yeni-yeni dostlar qazanmalarında, doğma yurdumuzun səfalı məkanları ilə tanış olmalarında mühüm rol oynayır.
Tələbələrin “Yay məktəbi”ndən razı qaldıqlarını hiss etmək çətin deyil. Onlar gün ərzində yorulsalar da, hər birinin üzündə təbəssüm, sevinc vardır. Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının müəllimi, universitet Gənclər Təşkilatının sədri, Prezident mükafatçısı Zümrüd Səfərova bu barədə deyir ki, universitetin tələbələri Ağbulaq İstirahət Mərkəzinə gələn andan hər birində yüksək əhval-ruhiyyə, xoş ovqat hiss olunur. Çünki burada tələbələrin yaxşı istirahəti üçün hər cür şərait ­yaradılıb. Bütün bunlar muxtar respublikamızda gənclərə göstərilən böyük diqqət və qayğının nəticəsində mümkün olub. Buna görə dövlətimizə minnətdarıq.
Universitetin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisasının sonuncu kurs tələbəsi Anar Sadiqov isə diqqəti oxunması zəruri olan kitablarla bağlı keçirilən yarışlara, müzakirələrə yönəldərək qeyd edir ki, o, bədii ədəbiyyatı mütaliə etməyi çox xoşlayır. Bununla bağlı intellektual yarışların keçiriləcəyini biləndə çox sevinib. Anar yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirir və deyir ki, burada çoxlu yeni dostlar, həmfikirlər tapıb. Onlarla birlikdə oxuduğu kitabları müzakirə ediblər.
Hüquq fakültəsinin birinci kurs tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova isə Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir, gəlir. Haqqında eşitsə də, bu mərkəzin belə gözəl, səfalı yerdə yerləşdiyini təsəvvür etmirmiş. O bildirir ki, buranın təbiəti çox gözəldir. Hər yer təmiz, səliqəli, havasına da söz ola bilməz. İstirahət üçün hərtərəfli şərait yaradılıb. Müxtəlif idman yarışlarının, intellektual oyunların keçirilməsi isə hər bir tələbənin ürəyincə olub.
Söhbətə qoşulan Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Aktyorluq ixtisasının 3-cü kurs tələbəsi Səyyad Məmmədov deyir ki, istirahət günlərində hər bir tələbə yoldaşında ruh yüksəkliyi hiss etdi. Universitetin fəal gəncləri üçün mərkəzdə “Yay məktəbi”nin təşkili bir daha onu göstərir ki, muxtar respublikamızda gənclərə, təhsilə böyük dövlət qayğısı vardır.
Qeyd edək ki, “Yay məktəbi”nin növbəti iştirakçıları bu gün Naxçıvan şəhərinə qayıdacaqlar.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3274651
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
93
4179
12420
59297
3274651

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter