Şahbuz rayonunda mədəni və yabanı dərman bitkilərinin toplanması, qurudulması və tədarükü qaydaları ilə bağlı keçirilən maarifləndirici tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quluyev açıb.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı Əliyar İbrahimov muxtar respublikanın müalicəvi dərman bitkiləri haqqında məlumat verib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Əli Şərifov dərman bitkilərinin toplanılması və paketlənməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov Naxçıvan Biznes Mərkəzində ailə təsərrüfatları ilə bağlı ayrıca guşə yaradıldığını, Naxçıvan şəhərində ailə təsərrüfatı məhsullarının qablaşdırılması üçün tara mağazasının fəaliyyətə başladığını bildirib.
Tədbirdə təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi