22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

  Qızmar yay günlərində insanların günəş eynəklərinə olan tələbatı daha da artır. Bəziləri bu eynəkləri göz sağlamlığının qeydinə qalmaq üçün alsa da, çoxları ondan dəb xatirinə, aksesuar kimi istifadə edir. Elə buna görədir ki, insanlar optika mağazalarında satılanları deyil, aksesuar mağazalarında sertifikatı olmayan eynəkləri əldə etməyə üstünlük verirlər. Bunun digər səbəbi isə aksesuar mağazalarında optika mağazalarına nisbətən qiymətin daha münasib olmasıdır. Bəs alarkən keyfiyyətinə deyil, qiymətinə diqqət etdiyimiz eynəklər gözümüzdə hansı fəsadlara yol aça bilər? Ümumiyyətlə, keyfiyyətli günəş eynəyini əldə etmək üçün nələrə diqqət etməliyik? Suallarımızı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-oftalmoloqu Məhəmməd Vəliyev cavablandırdı. 

O bildirdi ki, yaz-yay aylarında gözlərimizi ultrabənövşəyi şüalardan qoruya bilmək üçün günəş eynəklərindən istifadə etmək çox vacibdir. Lakin bəzən insanlar buna laqeyd olurlar. Həkim günəş eynəklərinə olan ehtiyacın artdığı dövrdə bu məsələyə həssas yanaşmanın vacib olduğunu bildirərək dedi ki, gözlərin sağlam qalması üçün eynək seçərkən çox diqqətli olmaq lazımdır. Əks halda gözlərdə katarakt, sarı nöqtə, göz ətrafındakı dəridə xərçəng kimi müxtəlif xəstəliklərlə qarşılaşa bilərik. Unutmaq olmaz ki, günəş eynəkləri aksesuar deyil, gözün sağlamlığını qorumaq üçün bir vasitədir.

Oftalmoloq qeyd etdi ki, günəş eynəkləri sifət quruluşuna uyğun olmalı, qulaqlara və buruna təzyiq etməməli və ultrabənövşəyi şüaları keçirmə­məlidir. Eynəyin keyfiyyətini yoxlamaq üçün onu taxıb şaquli bir xətt üzrə baxmaq lazımdır. Bu vəziyyətdə eynəyi yuxarı-aşağı və sağa-sola hərəkət etdirdiyinizdə baxdığınız şaquli xətdə oynama və ya qırılmalar yaranırsa, eynək keyfiyyətsiz eynəkdir. Bəzən insanların çoxu eynək seçərkən tünd rənglərin daha çox keyfiyyətli olduğunu və ultrabənövşəyi şüaları buraxmadığını düşünür. Lakin bu səhv fikirdir. Şüşə rəngi ilə ultrabənövşəyi şüalardan qorunma arasında heç bir əlaqə yoxdur. Hər tünd rəng şüadan qorumur.
Həmsöhbətimiz bildirdi ki, günəş eynəkləri gözlərimizi günəş şüalarından, radiasiyadan, göz qapağı dərisini dəyə biləcək zərərlərdən qoruyur. Eynəklər gözdə ət və piy yaranmasının da qarşısını alır. Katarakt və göz bəbəyində yaranan ləkələrin olmaması üçün də doğru eynəklərdən istifadə etmək şərtdir.
Günəş eynəklərinin gözə mənfi təsirləri haqqında əksər insanlarda yanlış fikir formalaşıb. Əslində isə optik eynəklərdən fərqli olaraq, günəş eynəkləri yalnız günəş şüasını orqanizmə miqdarından artıq keçirdiyi zaman mənfi təsirli olur. Əgər istifadə etdiyiniz eynək günəş şüalarının təsirinin qarşısını almaq qabiliyyətində deyilsə, bu zaman gözə düşən şüaların miqdarı həddən artıq ola bilər. Bu isə gözdə qamaşma, qaşınma, sulanma, yanma və günəş şüalarının mənfi təsirindən yaranan digər xəstəliklərə səbəb ola bilər. Ona görə günəş eynəkləri də optik eynəklər kimi həkim məsləhəti ilə alınmalıdır. Çünki yalnız göz həkimləri eynəyin şüa sındırma dərəcəsi və digər parametrlərinin insanın gözünə uyğun olduğunu təyin edə bilər.
Müsahibimiz onu da qeyd etdi ki, günəş eynəkləri alarkən onların keyfiyyət sənədində 99 faiz ultrabənövşəyi şüalardan mühafizəsi və ya 400 nanometrdən aşağı şüaları keçirmədiyi barədə məlumatın olmasına diqqət yetirilməlidir. Buna görə də təsadüfi yerlərdə satılan eynəkləri almaq düzgün deyil. Həkim bildirdi ki, günəş şüalarından qorunmaq üçün eynəkləri optika mağazalarından və həkim nəzarəti olan yerlərdən almaq məsləhətdir. Yalnız bu halda aldığımız məhsulun keyfiyyətinə etibar edə bilərik.
Gözlər insan üçün həyati əhəmiyyətli mühüm orqanlardan biridir. Dəyərini yalnız nurunu itirdik­dən sonra bildiyimiz gözlərimizi hər zaman qorumalı, onları gözəllik xatirinə saxta eynəklərə qurban verməməliyik.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049425
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
617
4569
26657
100756
3049425

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter