25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının təmin olunması, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan uşaqlara qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub.

Dövlət proqramının icrası həmin kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına hərtərəfli şərait yaradıb. Bu vəzifələrin yerinə yetirilməsində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin xüsusi rolu var. Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən mərkəzdə məhdud fiziki imkanlı şəxslər üçün informasiya texnologiyaları tədris olunur. Bu görmə qabiliyyəti məhdud olan uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanması ilə yanaşı, həm də bu qəbildən olan uşaqların təhsil səviyyəsinin yüksəldilməsi, mütaliə bacarıqlarının artırılması, eləcə də dönya­görüşünün formalaşdırılması istiqamətində mühüm rol oynayan brayl əlifbasının tətbiqinə də şərait yaradır. Hazırda bu əlifba ilə bir sıra kitab və jurnallar çap edilir. “Könül işığı” adlı brayl jurnalının nəşri də bu istiqamətdə görülən işlərin davamıdır.

Mərkəzin əməkdaşı, brayl üzrə redaktor Elməddin Kərimovla söhbət zamanı bildirdi ki, görmə qabiliyyəti məhdud şəxslər üçün “Könül işığı” adlı brayl jurnalının ilk nömrəsi 2014-cü il mart ayının 14-də işıq üzü görüb. Jurnalın nəşrində əsas məqsəd görmə qabiliyyəti məhdud olan şəxsləri günü-gündən yeniləşən muxtar respublikamızın dinamik inkişafı barədə məlumatlandırmaq, xalqımızın tarixini, milli dəyərlərini təbliğ etməklə onların bu sahədə biliklərini artırmaqdır.
Ölkəmizdə ilk dəfə muxtar respublikada işıq üzü görən bu brayl jurnal ayda bir dəfə oxucuların görüşünə gəlir və onlara pulsuz çatdırılır. Eyni zamanda jurnalın hər nəşrindən sonra onun audio versiyası hazırlanır və audio­kitabxana xidmətinin kataloquna daxil edilir. Bu isə görmə qabiliyyəti məhdud şəxslərin həm də bu imkandan istifadə etmələrinə şərait yaradır. Jurnalın bu il üçün 6-cı nömrəsi hazırlanıb və bu günlərdə 7-ci nömrəsi oxucu­lara təqdim olunacaq.
Elməddin müəllim qeyd etdi ki, jurnal “Şərq qapısı” qəzetində dərc olunmuş müvafiq material­lar əsasında hazırlanır ki, bu da, əsasən, muxtar respublikamızın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin zənginliyini özündə əks etdirir.
Müsahibimizin sözlərinə görə, 2017-ci ildən fiziki imkanları məhdud balacalar üçün “Şəfəq” adlı brayl jurnalı da nəşr edilir. Bu jurnalda atalar sözləri, yanıltmaclar, tapmacalar, balaca dostlar üçün vətənpərvər ruhda yazılan hekayə və şeirlər, milli atributlar haqqında məlumatlar öz əksini tapır. Jurnalın artıq bu il üçün 2 nömrəsi oxuculara təqdim edilib.
Elməddin müəllim onu da vurğuladı ki, mərkəz tərəfindən brayl əlifbası ilə çap olunan jurnallarla yanaşı, kitablar da nəşr edilir. Onlardan Azərbaycan Respublikasının Konstitusiyasını, eyni zamanda Əzizə Cəfərzadənin, İlyas Əfəndiyevin, Məmməd Arazın və bir çox tanınmış simaların seçilmiş əsərlərini göstərmək olar.
Son illərdə bu qəbildən olan insanlar üçün mərkəz tərəfindən həyata keçirilən bu tədbirlər sağlamlıq imkanları məhdud insanların cəmiyyətin aktiv üzvünə çevrilməsinə geniş imkanlar açıb. Yaradılan şərait onların maraq göstərdikləri sahələrdə uğur qazanmalarında əvəzsiz rol oynayır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061439
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
45
4327
4372
112770
3061439

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter