20 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Gözlərimiz bizə dünyanı, günəşi, ətrafımızda baş verənləri görmək üçün bəxş edilən ən gözəl hədiyyədir. Bu gözəllikləri yaradan əsas faktor rəng kateqoriyasıdır. Əgər hər bir şey yalnız ağ-qaradan, rəngsizlikdən ibarət olsaydı, o zaman yaşama sevinci, dünyaya baxışımız, mənfi mənada, tamam başqa cür olardı. Rənglər insanı ruhlandırır, sanki başqa aləmlərə alıb aparır. Bunu əsrarəngiz təbiətdə daha çox müşahidə edirik. Gəlin onlardan bir neçəsini göz önünə gətirək. Başımızı qaldırıb göy üzünə baxsaq, səmada mavinin, lalələrdə qırmızının, meşələrdə yaşılın gözəlliyini görmüş olarıq.

Təbiət, əslində, bizə rəng­ləri, gözəllikləri ilə sanki nəsə anlatmaq istəyir. Bütün fəsillərdə bu gözəlliklər özünü bir başqa cür büruzə verir. Baharda ağacların çiçəkləməsi, yayda hər bir tərəfin yamyaşıl don geyinməsi, payızda bu örtüyün xəzana çevrilməsi, qışda isə ağ örtüklə bəzənməsi sanki bir möcüzədir. Görüntü etibarilə möhtəşəmliyə imza atan təbiət yalnız bununla kifayətlənmir, öz növbəsində, oksigen bolluğunu da təmin edir. Yayda bu, daha qabarıq şəkildə üzə çıxır. Çünki hər tərəfin yamyaşıl olması havaya da öz təsirini göstərməkdən yan keçmir. Təmiz hava su qədər gərəklidir. Belə ki, qəbul etdiyimiz hava əgər çirkli, oksigeni az olsa, sağlamlığımızda ciddi şəkildə problemlər yaranar. Ancaq bu problemlərin yaranmasına yol verməmək biz insanların öhdəsinə düşür. Öz həyətimizdə bir neçə ağac əkir, yaşıllıq yaradır, onlara qulluq göstərir, vaxtlı-vaxtında suvarırıq. Adi, balaca bir dibçəkdə də bu yaşıl­lığı yarada bilərik. Bununla həm özümüzə, həm də başqalarına həyat, can vermiş olarıq.

Yaşıllıq gözəllikdir. Bu gözəlliklər istər yaşadığımız, istər təhsil aldığımız, istərsə də iş yerlərində bizə xoş əhval-ruhiyyə bəxş edir.
Yaşıllıq nə qədər oksigen mənbəyi olsa da, ətrafa atılan tullantılar karbon dioksidin miqdarını bir o qədər artırır. Sevinirik ki, şəhərimizdə belə hallara rast gəlinmir. Çünki hər tərəf səliqə-sahman içərisindədir. O da qürurvericidir ki, bu səliqə-sahman hər bir vətəndaş tərəfindən qorunur. Ətraf mühiti qorumaq məqsədilə muxtar respublikamızda qısa zamanda tullantıların zərərsizləşdirilməsi, təkrar emalı, yenidən istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görülür.
Təmiz havada gəzintiyə çıxmaq insan sağlamlığı üçün çox faydalıdır. Xüsusən də səhər gəzintiləri ağciyərlərimizin normal fəaliyyətində mühüm rol oynayar. İqlimin ekoloji təmizliyini isə yaşıllıqlar təmin edir. Ətrafımızda yaşıllıq nə qədər çox olsa, bir o qədər də sağlam yaşaya bilərik.
Yaşıllıq sahələri meşələrdə daha çox üstünlük təşkil etdiyi üçün insanlar dincəlmək, bir növ rahatlıq tapmaq üçün isti havalarda tez-tez belə yerlərə üz tuturlar. Bəzi ölkələrdə ağacların kəsilib məhv edilməsinə, yandırılmasına hələ də rast gəlinir. Ancaq ölkəmizdə və muxtar respublikamızda yaşıllıqların tam şəkildə qorunub mühafizə olunması üçün yüksək standartlar mövcuddur. Günümüzün ən aktual vəzifələrindən olan yaşıllıq zolaqlarının artırılması və onların yüksək səviyyədə qorunub saxlanılması üçün hər cür şərait yaradılıb. Şəhərimizin və rayonlarımızın yol kənarlarında, yaşayış, idarə, müəssisə binalarının dörd bir tərəfində salınan yaşıllıqlar göz oxşayır. Bu cür yaşıllıqlara göstərilən qulluq və bərpa işlərinin aparılması çox böyük əhəmiyyət daşıyır. Hər şənbə günü keçirilən iməciliklər də bunun bir sübutudur. Qürurverici haldır ki, sakinlər bu iməciliklərdə fəallıq göstərirlər. Hamılıqla dərk edirlər ki, yaşıllıqları qorumaq, artırmaq, onlara qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Çünki yaşıllıq sağlam həyat deməkdir.

Telli MUSTAFAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3295225
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3338
3655
6993
79871
3295225

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter