Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan məktəbli uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə hazırlanmış qrafik əsasında ardıcıl tədbirlər davam etdirilir.
Avqustun 8-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud uşaqlar üçün “Şərikli çörək” filmi nümayiş etdirilib.
Filmə 50-dək sağlamlıq imkanı məhdud uşaq baxıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti