18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Tarixboyu hər bir cəmiyyət öz gələcəyi olan uşaqların fiziki və mənəvi  cəhətdən sağlam, bilikli və vətənpərvər yetişməsinə  ən aktual məsələ kimi baxıb. Danılmaz faktdır ki, böyüməkdə olan balaca fidanlar bizim sabahımızı inşa edəcək şəxslərdir. Bu gün uşaqlar  dövlətimiz tərəfindən tam qayğı ilə əhatə olunsalar da, onların dünyagörüşlü, vətənpərvər ruhda böyüməsində ən əsas vəzifə valideynlərin üzərinə düşür. Hər bir uşağın valideyn tərbiyəsinə böyük ehtiyacı vardır. Ancaq övladlarımız onların uşaqlıq dünyasına ifrat müdaxilə etməmək şərtilə tərbiyəyə cəlb olunmalıdırlar.

Dünya ədəbiyyatı klassiklərindən böyük rus yazıçısı Fyodor Dostoyevskinin dediyi kimi: “Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq”.
Yollarımızın rahatlığı məni xəyal dünyasına qərq etdiyindən bu mövzu ətrafında fikirləşə-fikirləşə şəhərdaxili marşrutda mənzilə çatmağımı gözləyirdim. Avtobusun ön hissəsində əyləşən, məşhur film qəhrəmanlarından olan Hörümçək adam personajının geyimində olan uşağın uca səslə “Mən qəhrəmanam”, – deyə dəcəllik etməsi məni fikirlərimdən ayırdı. Uşağa yaxınlaşdım və söhbətə başladım:

– Salam! Balaca, adın nədir?
– Salam! Mən Hörümçək adamam.
– Bəs Hörümçək adam kimdir?
– Sən məni tanımırsan? Mən qəhrəmanam.
– Sən hansı qəhrəmanlıqlar ­edirsən?
Bu sualımdan sonra balaca bir az fikirləşdi və uşaqlara xas əda ilə “Mən pis insanları döyürəm”, – deyə cavab verdi.
– Bəs bu paltarı niyə geyinmisən?
– Bu olmasa, məni döyərlər.
Balaca uşağın sonuncu cavabı mənə qəribə təsir etdi. Bu cavab istər-istəməz bir az öncəki düşüncələrimə geri qaytardı və yeni suallar ətrafında düşünməyə başladım. Axı xalqımıza yad olan belə qəhrəmanlar necə ola bilər ki, böyüməkdə olan uşaqlarımızın həyatının ayrılmaz hissəsinə çevrilib? “Qeyri-adi kostyumsuz qəhrəmanlıq olmaz” düşüncəsi ilə böyüyən uşaq sabah bu təsirlə çətin ki dövlətimizə və millətimizə faydalı bir vətəndaş olsun.
Müasir dövrümüzdə uşaqlarımız dünyaya gəldikləri andan özüoxuyan beşiklərdə saxlanılır, süni qidalarla bəslənirlər. Nəticədə, uşaqlar həm sağlamlıqdan, həm də körpəlikdən qulaqlarımızda hələ də səslənən ana laylasından məhrum qalırlar. Halbuki laylalarda analarımızın körpələrinə olan ümidləri, xəyalları təcəssüm olunur.
Araşdırmalar sübut edib ki, insan tərbiyəsinin tam formalaşması 21 yaşına qədər davam edir. Bu yaşa qədər də tərbiyənin düzgün təşkil edilməsi üçün müxtəlif yaş dövrləri vardır. 7 yaşına qədər uşaqlıq dövrü sayılır ki, bu dövrdə uşaqlar daha çox gördüklərini təqlid edirlər. Bu yaşda uşaqlar əcaib məxluqlar yığınından ibarət səssiz cizgi filmlərinin aludəçilərinə çevrilməməli, onlara nənələrimizin dilindən əzbərlədiyimiz, milli-mənəvi dəyərlərimizi özündə yaşadan nağıllarımızı danışmalıyıq. Fikir vermisinizsə, səssiz cizgi filminə baxan uşaqlarda gələcəkdə söz ehtiyatı olmur və özlərini ifadə edə bilmirlər. Nağıllara qulaq asan uşaq isə susmur, davamlı suallar verir ki, bu da gələcəkdə onun həm söz ehtiyatının çoxalmasına, bədii təxəyyülünün zənginləşməsinə gətirib çıxarır, aktivliyini artırır, həm də milli-mənəvi keyfiyyətlər uşaq təfəkkürünə həmişə­lik həkk olunur. Bundan əlavə, 7 yaşından yuxarı uşaqlarla münasibətdə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, həmin yaşda olan uşaqların yanında valideynlər mübahisə etməməli, dərslərini yaxşı oxusunlar deyə, onları uşaqlıqlarını yaşamaqdan, oyun oynamaqdan məhrum etməməlidirlər. Çünki uşaqlıq dövründə psixologiyaya mənfi və ya müsbət təsir edəcək şeylər insanı ömrünün sonuna kimi izləyir.
Digər tərəfdən, uşaqlar dövlətimizin tam qayğısı ilə əhatə olunaraq, istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də məktəblərdə heç bir ehtiyac hiss etmədən təhsil alırlar. Ancaq bu, o demək deyil ki valideynlər öz uşaqlarının tərbiyəsini təkcə müəllimlərə həvalə etməlidirlər. Hər bir tərbiyə evdən başlayır. Qeyd edildiyi kimi, övladınızın geyim ehtiyaclarının ödənilməsi, hər bir şəraiti olan binalarda təhsil almaları bu mövzuda hələ hər şey demək deyil. Unutmaq olmaz ki, tərbiyənin ən ümdə vəzifəsi Vətən, millət, dövlət sevgisini uşaqlara aşılamaqdır. Öz xalqına, Vətəninə qəlbən bağlı, ömrü boyu ətrafındakı insanların köməyinə çatan, Vətənin dar günündə müdafiəsinə qalxan milli qəhrəmanlarımızın, şəhidlərimizin həyat yolu uşaqlarımız, yeniyetmələrimiz üçün əsl örnəkdir. Əsrlər boyu xalqımızın belə övladları ilə həmişə fəxr etmişik və gələcəyimiz olan uşaqlarımızı da onlar kimi görmək istəmişik. Bunun üçün də öz övladlarımıza Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin, digər görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərini, həmçinin şəhidlərimizin, milli qəhrəmanlarımızın keçdikləri şərəfli ömür yollarını bütün yaş mərhələlərinə uyğun şəkildə aşılamalıyıq.
Qəhrəmanlıq üçün Hörümçək adam olmağa ehtiyac varmı? Bunu uşaqlarımıza təlqin edənlərin istəyi məhz gələcək üçün dünyagörüşlü, savadlı, vətənpərvər gənclik yetişdirməyin qarşısını almaqdır. Öz gələcəyimizi sağlam təməllər üzərində qurmaq istəyiriksə, uşaqlara düzgün örnəklər göstərməliyik.
Əziz valideynlər! Övladlarınızdan sevginizi əsirgəməyin, çünki elə vətəndaş olmanın yolu da Vətənə, millətə sevgidən keçir. Övladlarınıza sevgini, mərhəməti, ­əxlaqı, dini dəyərlərimizi öyrədin. Heç nəyin səbəbsiz yaranmadığını, ən böyük sevgi sahibinin uca Yaradan olduğunu öyrədin. Çünki onlar bizim şah əsərlərimizdir.

 Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3286142
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
990
3637
23911
70788
3286142

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter