26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və distant təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına da əlverişli şərait yaradıb.

2018-ci ilin birinci yarısında da dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb. Belə ki, muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barəsində yaradılmış məlumat bazası daim yenilənir. Hazırda bu yaş kateqoriyasına aid olan sağlamlıq imkanları məhdud uşaqların sayı 371 nəfərdir. 2017-2018-ci tədris ilində onlardan 43-ü məktəbəqədər təhsil müəssisələrinə, 12-si Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 7-si ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə­qədər hazırlıq qruplarına, nitq qüsuru olan 120 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölmələrində tədrisə cəlb edilib.

Bununla yanaşı, mərkəzin Defektoloji bölməsinin və psixoloji dəstək xidmətinin mütəxəssisləri uşaqlarla fərdi qaydada reabilitasiya­yönümlü məşğələlər aparıb, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssisləri üçün maarifləndirici təlimlər ­keçirilib.
Sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil müəssisələrinə cəlbi də diqqətdə saxlanılıb. Belə ki, 2017-2018-ci tədris ilinin əvvəlində 88 uşaq ümumtəhsil məktəblərinin birinci siniflərinə cəlb olunub. Bununla ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı, ümumilikdə, 932, görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə isə onların sayı 7 nəfərə çatıb. Muxtar respublikanın ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi, məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb. Belə uşaqlardan 74-ü əlaçı kimi qeydiyyata alınıb.
Ötən tədris ili ərzində müvafiq kateqoriyalı 282 uşaq məktəbli və qış geyimləri, məktəb ləvazimatları ilə təmin olunublar.
Təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən maarifləndirici görüşlər keçirilib.
2017-2018-ci tədris ilinin əvvəlində əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud 2 uşaq distant tədrisin 1-ci sinfinə qəbul edilib. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 7 nəfərin tədrisi davam etdirilib.

Qeyd olunan dövr ərzində adıçəkilən mərkəzdə psixoloji dəstək xidmətinin fəaliyyəti davam etdirilib, müraciət edən hər bir uşaqla bağlı konsultasiya işi aparılıb, onlar üçün fərdi proqram hazırlanıb, müvafiq reabilitasiya xidmətlərinə cəlb olunub. İlk yarımil ərzində psixoloji dəstək xidmətindən 37 uşaq yararlanıb.
Mərkəzin təlim-bərpa otağında diqqət zəifliyi və hiperaktivliyi olan uşaqlar üçün keçirilən məşğələlərə 9 uşaq cəlb edilib.
Mərkəzdə 10 uşağın təhsil aldığı art terapiya kursları da təşkil olunub. İlk yarım il ərzində defektoloji xidmətin Şərur və Ordubad şəhərlərindəki bölmələrinin fəaliyyəti davam etdirilib, məşğələlərə 58 uşaq cəlb olunub. Mərkəzin Defektoloji bölməsinin və psixoloji dəstək xidmətinin mütəxəssisləri iş təcrübəsini artırmaq məqsədilə Bakı şəhərinə ixtisasartırma kurslarına göndəriliblər.
Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlb edilməsi də diqqətdə saxlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 1159 şagirdə peşəyönümü məşğələlər keçirilib, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. 2017-2018-ci tədris ilinin əvvəlində muxtar respublikada fəaliyyət göstərən kolleclərə, ümumilikdə, 11 sağlamlıq imkanı məhdud uşaq qəbul olunub.
2018-ci ilin birinci yarısında Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 150 uşağın müalicəsi təşkil edilib, 40 uşağa ­protez-ortopedik xidmət göstərilib, 14 uşaq texniki reabilitasiya vasitələrilə təmin olunub, 12 uşağın isə ölkə ­daxilində müalicəsinə köməklik göstərilib.

Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar müəssisələrə cəlb olunması istiqamətində işlər davam etdirilib, 24 uşaq musiqi məktəblərinin 1-ci siniflərinə qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş qrafikə uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bir sıra tədbirlərin, o cümlədən tarixi abidələrə və muzeylərə ekskursiyalarının təşkili, yarış və müsabiqələrin keçirilməsi, film və tamaşaların nümayişi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Yay məktəbi” çərçivəsində sağlamlıq imkanları məhdud 39 uşağın 3-6 iyul tarixlərində Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib, burada müxtəlifməzmunlu müsabiqələr və idman yarışları keçirilib.
Bütün bu görülən tədbirlərə paralel olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə də bağlı ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış ­əyləncəli oyun sahəsi istifadəyə verilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilib. İlk yarım il ərzində audiokitabxana fonduna 54 yeni audioəsər əlavə edilib. Hazırda audiokitabxana ­fondunda 1365, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 978 kitab mövcuddur. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı” adlı aylıq brayl jurnalının, habelə uşaqlar üçün “Şəfəq” adlı xüsusi nəşrlərin nömrələri audio­kitabxananın kataloquna da daxil edilib.
Qeyd olunanlarla yanaşı, Novruz bayramı və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində müvafiq kateqoriyalı uşaqlar üçün bayram tədbirləri təşkil edilib. Bir qrup uşaq uyğunlaşdırılmış əyləncəli oyun sahəsində quraşdırılmış attraksionlara cəlb edilib, onlar arasında asfalt üzərində rəsm və bilik müsabiqələri keçirilib, uşaqlar üçün tamaşalar nümayiş olunub.
Cari ilin birinci yarısında sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası istiqamətində müvafiq kateqoriyalı uşaqlar arasında mütaliə yarışı, həmçinin Rəssamlar Birliyi tərəfindən art terapiya kursunda ustad dərsi keçirilib.
Dövlət proqramının icrasına uyğun olaraq Ordubad şəhər 3 nömrəli, Culfa şəhər 3 nömrəli və Kəngərli rayonun Xok kənd tam orta məktəblərində maarifləndirici görüşlər keçirilib. Bu tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri, həmin kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. Həmçinin 2 aprel – Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü münasibətilə autizm sindromlu uşaqların valideynləri ilə də maarifləndirici görüş keçirilib.
Məhdud fiziki imkanlı uşaqların idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə cari ildə muxtar respublikanın rayonlarında boccia bölmələri yaradılıb, məşqçi-müəllimlər müəyyənləşdirilib. Muxtar respublikada ­boccia üzrə məşqçilərin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi və məşqçilər heyəti muxtar respublikaya dəvət olunublar. 6 gün ərzində təlim-məşqlər keçirilib, yarışların təşkili, idmançıların hazırlanması üçün məşqçilərə təlimatlar verilib. Qeyd olunanlarla yanaşı, ilin ilk altı ayı ərzində müvafiq kateqoriyadan olan uşaqlar arasında boccia və əyləncəli idman oyunları üzrə yarışlar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında Sağlamlıq İmkanları Məhdud Uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını bundan sonra da diqqətdə saxlayacaq, bu istiqamətdə aidiyyəti orqanlarla birgə müvafiq tədbirlərin təşkilinə nəzarəti gücləndirəcək.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066739
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
771
4574
9672
118070
3066739

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter