23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünya binə olandan bəri insanlar müxtəlif qüvvələrin qeyri-adi gücünə ümid edib, baş verən təsadüfi hadisələrə fərqli mənalar veriblər. Bəzi inanclar ortaya çıxdıqca insanların onlara inamı da çoxalıb. Kimisi dağdağan ağacına, kimisi də adi soyuq daşa ümid edib. Müasir dövrümüzdə elm və texnologiya nə qədər inkişaf etsə də, hələ də heç bir məntiqə sığmayan batil inanclara ümid yeri kimi baxanlar da çoxdur. Körpə uşaqların üzərinə nəzər dəyməsin deyə, göz muncuğu bağlanılması, üzərlik yandırılması, uzaq yola çıxanın arxasınca su atılması və digər inanclar yüz illərdir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Günümüzdə gecə vaxtı saç daramağın, güzgüyə baxmağın, dırnaq kəsməyin, astanada oturmağın, əl barmaqlarını bir-birinə keçirməyin uğursuzluq gətirəcəyinə inananlar da çoxdur.
Yaxşı xatırlayıram, əvvəllər nənəm nəvələrinin qoluna göz muncuğu bağlayardı. Səbəbini soruşanda isə “bu sizi nəzərdən qoruyar”, – cavabını alardım. Hələ qohum-əqrəba bizə qonaq gələndə olanları demirəm. Belə ki, qonaqlar biz nəvələrin başına sığal çəkərək nənəmə “Nə mehriban uşaqlardı”, – deyərdilər. Onlar getdikdən sonra nənəm üzərlik yandırar: – A bala, gəlin üzərlikdən iyləyin dərd-bəla sizdən uzaq qaçsın, – deyərdi. O zamanlar uşaq olduğum üçün nənəmin dediklərinə çox inanırdım. Artıq biz böyümüşük. Ancaq bu gün də nənəmgilə yolum düşəndə yenə üzərlik yandırır, dərd bəla sizdən kənar olsun, – deyir.
Ötən günlərdə işdən evə gedərkən avtobusda iki qadının ucadan ­söhbətinə təsadüfən qulaq şahidi oldum:
– Övladım dünən nədənsə qorxub, hansı həkimə aparım bilmirəm.

– Həkimə ehtiyac yoxdu, get yeddi qapıda yeddi cəftə tap, o cəftələrdən su axıt, o suyu da apar ver uşağa. Səhər görəcəksən ki, qorxu-filan qalmayıb.
– Hə, bunu mənə hamı məsləhət görür. İş orasındadır ki, indi qapılarda köhnə cəftə qalmayıb. Gərək gedəm kəndə, bəlkə, oradan iki-üç köhnə qapı tapa bildim.
Bəli, gündəlik həyatımızda tez-tez bu cür söhbətlər eşidir, bunlara çox inanan insanlarla qarşılaşırıq. Bəzən bu inanclar aşırı xarakter alır. Məsələn, kimi qarşısına qara pişik çıxıb deyə, narahatlıq keçirir, başqa biri ovucu qaşınır deyə, əlinə pul gələcəyinə ümid edir. Belə inanclara inananlar, əsasən, yaşlı nəslin nümayəndələri olsa da, aralarında gənc­lər də az deyil.
Ötən günlərdə həmsöhbət olduğum şəhər sakinlərinin fikirləri müxtəlif oldu. Bəziləri belə inanclara boş, mənasız yanaşsalar da, aralarında sınayaraq düz çıxdığını iddia edənlər də var idi. Naxçıvan şəhər sakini, 60 yaşlı Gültəkin Ağəliyeva mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü:
– Belə inancların bəzilərinə inanıram. Ən çox inandığım üzərlik yandırılmasıdır. Bu inanc nənələrimizdən miras qalıb. Övladlarım, nəvələrim mənə baş çəkməyə gələndə onlar üçün üzərlik yandırar, gedəndə arxalarınca su ataram. Evdə qaşıq yerə düşəndə qonaq gələcəyini, duz töküləndə söz-söhbət olacağını da sınamışam. Bəlkə də, bu sizə qəribə gələ bilər, ancaq çoxu düz çıxıb. Ola bilsin ki, təsadüfi belə alınıb, ancaq bu bir deyil, bir neçə dəfə baş verib. Ona görə də mənim belə hadisələrə inamım böyükdür.
Ötən ay qəbul imtahanında iştirak edən digər bir həmsöhbətim İsmayıl Əliyev deyir ki, hər bir hərəkəti edəndə gərək məntiqlə düşünəsən. Qara pişiyə görə önəmli işlərini təxirə salan insanları heç cür başa düşə bilmirəm. Ancaq bəzi inanclar var ki, mən də riayət edirəm. Tək səbrə inanıram. Səhər evdən çıxanda anam “yaxşı üzü olan” insanla qarşılaşasan deyir. Buna da inanıram. Bir sözlə, bu inanc­lara inanmaq, əməl etmək bir növ ­vərdişə çevrilib.
Daha bir həmsöhbətim Sərxan Əliyev düşünür ki, batil inanclara inanmaq heç bir məntiqə sığışmır. Onun dediklərindən:
– Belə inancların əksəriyyəti uşaq yaşlarından böyüklər tərəfindən düşüncəmizə yeridilir. Böyüyəndən sonra isə bu bizdə vərdiş halını alır. Fikrimcə, belə məntiqsiz inanclara ümid etməklə nəyəsə nail olmaq qeyri-mümkündür. Etiraf edim ki, bu günə qədər yerə düşən çəngəlin, qabağımdan keçən pişiyin, yerə tökülən duzun hansısa uğursuzluq gətirəcəyinə inanmıram. Bəlkə də, belə inanclara inanmaq, olmayacaq bir hadisəni ümidlə gözləmək batil inancın yaranmasını şərtləndirir. Günümüzdə bir çox insanların işlərini belə inanclar üzərində qurması ­absurd görünür və bunun heç bir məntiqi açıqlaması yoxdur. Əgər bir insan bütün həyatını hansısa təsadüfi hadisələr üzərində qurarsa, onda bir çox mənfi hallarla qarşılaşacağı və uğursuzluğa düçar olacağı qaçılmazdır. Mən belə inanclara qətiyyən inanmıram və fürsətdən istifadə edib gənclərə də tövsiyə edirəm ki, gördükləri hər işdə reallığa üstünlük versinlər.
Əgər həyatımızı batil inanclar üzərində qursaq, onda gələcəyimizə inamımız da azalar. Gəlin həyatımızı hansısa əsassız fikrin əsirinə çevirməyək. Öz gücümüzə, ağlımıza, savadımıza inanaq. Batil inancların deyil, həqiqi fikirlərin arxasınca getsək, uğur da bizimlə olacaq.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054500
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1694
3998
31732
105831
3054500

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter